Huquqaz.com

Müharibəni təhrik edən erməni təxribatları

26.09.2024
2.787
Müharibəni təhrik edən erməni təxribatları

Müharibəni təhrik edən erməni təxribatları.

Prezident cənab İlham Əliyevin davamlı olaraq həyata keçirdiyi orduquruculuğu nəticəsində dünyanın ən güclü ordularından birinə çevirilən Azərbaycan Ordusu cəmi 44 gün ərzində möhtəşəm Zəfərə imza atdı. 30 ilə yaxın müddətdə düşmən tapdağında qalan, bu müddət ərzində bütün tarixi, mədəni, dini abidələrimizin yerlə yeksan edildiyi ərazilərimiz rəşadətli Azərbaycan Orudusu tərəfindən azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın haqq savaşı həm hərb meydanında, həm də diplomatik müstəvidə gedirdi. Erməni lobbisi, eyni zamanda, anti-Azərbaycan dairələr ölkəmizə qarşı informasiya müharibəsi başladaraq müəyyən təzyiqlər göstərməyə çalışırdılar. Lakin bu dairələr Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti qarşısında geri çəkilmək məcburiyyə  cənab tində qaldılar. Döyüş meydanında sarsıdıcı zərbələr alan Ermənistan hərbi əməliyyatlar davam edən günlərdə müharibə cinayətləri törətməkdən belə çəkinmədilər. Belə ki, hərbi əməliyyatlar zonasından kilometrlərlə uzaqda yerləşən şəhər və rayonlarımız ballistik raketlər, fosforlu və kasetli bombalarla atəşə tutulur, gecə ikən öz evlərində yatan dinc sakinlərimiz erməni terrorunun qurbanı oldular. Azərbaycan Ordusu isə Ermənistandan fərqli olaraq mübarizəni müharibə qanunları çərçivəsində hərb meydanında aparır və düşmənin belini qırırdı. Rəşadətli Ordumuz qarşısında diz çökən Ermənistan kapitulyasiya aktı imzalamağa məcbur oldu. Məhz Prezidentimizin qətiyyətli siyasəti, mahir diplomatik bacarığı nəticəsində 3 rayonumuz heç bir hərbi əməliyyatlar keçirilmədən düşmənin işğalından azad edildi. Azərbaycan Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuzun sayəsində torpaqlarımızı düşmən tapdağından azad edərək ərazi bütövlüyünü təmin etdi. Təbii haldır ki, müharibələr qansız-qadasız, itkisiz ötüşmür. Vətən müharibəsində igid Vətən övladları canlarından-qanlarından keçərək şəhid oldular, sağlamlıqlarını itirərək müxtəlif bədən xəsarətləri aldılar. Azərbaycan dövləti, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinə, qazilərimizə hər zaman xüsusi diqqət və qayğı göstərirlər. Bundan əlavə ölkə Prezidentinin Fərmanı ilə “YAŞAT” Fondunun yaradılması şəhid ailələri və qazilərimizə olan ali diqqətin göstəricisidir. Şəhid ailələrinin, qazilərimizin mənzil-məşiət şəraitinin yaxşılaşdırılması, bu kateqoriyadan olan şəxslərin yaranmış istənilən probleminin dövlət tərəfindən təxirəsalımaz tədbirlərlə həll edilməsi Prezident cənab İlham Əliyevin siyasətinin əsas prioritet istiqamətlərindəndir. Prezident cənab İlham Əliyevin Sərəncamı ilə 27 sentyabr tarixinin Anım Günü kimi qeyd olunması şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir. Xalqımız da öz igid oğullarını heç zaman unutmayacaq.Çünki xalqımız bu igid oğulların sayəsində öz məğrurluğuna, qalibiyyətinə qovuşub, ölkəmizin ərazi bötüvlüyü, dövlət suverenliyimiz təmin edilib.

Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva.

 

 

Müharibəni təhrik edən erməni təxribatları.

2020-ci ilin sentyabrın 27-də Azərbaycan tarixinin yeni səhifəsi qızıl hərflərlə yazılmağa başladı. Həmin günündə Azərbaycanın 20 faizini işğal etmiş xain qonşularımıza-Ermənistana qarşı Vətən müharibəsi başlandı. Azərbaycan 30 il idi ki, dözür, 1994-cü ildə imzalanmış atəşkəs sənədinə əməl edir, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çalışırdı. Dövlətimiz münaqişənin həlli ilə bağlı irəli sürülən mütərəqqi layihələrin əksəriyyətini həyata keçirməyə hazır idi. Lakin düşmən iştahası böyük oldu. Ermənistan 90-cı illərdə bir neçə dəfə slüh sazişinin imzalanmasında boyun qaçırmışdı. Səbəb isə bəlli idi: düşmən daha ox ərazilər ilhaq etmək istəyir, Qarabağı birdəfəlik özünə birləşdirməyə çalışırdı. Bu isə mümkün deyildi. Çünki istər ulu öndər Heydər Əliyevin dönəmində, istərsə də prezident İlham Əliyevin dövründə Azərbaycan ordu islahatlarını sürətləndirmiş, müasir tipli silahlı qüvvələr formalaşdırmağa başlamışdı. “Sülh istəyirsənsə, müharibəyə hazır ol”, “düşmənlə dostluq et, amma ehtiyatı əldən vermə” prinsipinə sadiq olan Azərbaycan dövləti 30 ildə hərbi vətənpərvərlik tərbiyəsinə önəm vermiş, gənc nəsildə işğalçıya nifrət hissi aşılaya bilmişdi. Prezident cənab İlham Əliyev dəfələrlə bununla bağlı çıxışlarında deyirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və gec-tez işğalçını torpaqlarından qovacaq. Əslində Azərbaycan xalqını ayıq-sayıq olmağa vadar edən düşmənin məkri və tarixi dərslər idi. Tarixin bütün dövrlərində azərbaycanlılar Cənubi Qafqaza köçüb gəlmiş emrənilərə qucaq açmış, isti yuva vermiş, onları ən bərəkətli, səfalı torpaqlarda yerləşdirmişdi. Lakin bu humanistliyimizin bədəli hər zaman ağır olmuşdu. 1918-ci ildə dinc azərbaycanlılar erməni silahlı quldurlarının hədəfinə çevrilmiş, minlərlə soydaşımız həlak olmuşdu. 1992-c ildə Qarabağın azərbaycanlılar yaşayan kəndlərində ermənilər tərəfindən soyqırım aktları törədilmişdi. Meşəli, Cəmilli, Başlıbelli, Qaradağlı, nəhayət Xocalıda əsrin dəhşətli qırğınları, qətliamları baş vermişdi.Azərbaycanlılara qarşı bu qədər dəhşətli qırğınları yaşatmış erməni quldurları, şovinistləri yenə sülhə gəlmir, tez-tez atəşkəsi pozur, sərhəd bölgələrində yaşayan dinc azərbaycanlıları hədəf alır, qətlə yetirirdi. 2020-ci ilin 16 uyulunda bıcaq sümüyə dirəndi. Tovuz istiqamətində atəşəsi pozan, Azərbaycana qarşı hərbi təxribata əl atan Ermənistan ordusunun xain hücumu nəticəsində general Polad Həşimov başda olmaqla bir neçə hərbçimiz şəhid oldu. Bu hadisə Azərbaycan xalqının qəzəb hissini alovlandırdı. Müzəffər ali baş komandan, prezident İlham Əliyevin çağırışı ilə minlərlə soydaşımız könüllü olaraq savaşa hazır olduğunu bildirdi.Nəyahət, 27 sentyabrda başlanan hərbi əməliyyatlar düşmənin uydurduğu “məğlubedilməz erməni ordusu” mifini darmadağın etdi. Müharibənin elə ilk günlərində keçilməz sayılan “Ohanyan səddi” darmadağın edildi. Qısa zamanda Azərbaycan ordusu minlərlə erməni quldurunu məhv etdi, düşməni hərbi texnikasını ələ keçirdi, 30 il işğal altında saxlanılan şəhər və qəsəbələrimiz düşmən tapdağından azad edildi. Çox təəssüf ki, Azərbaycan tərəfinin itkiləri də az olmadı. Amma nə yazıq ki, tarixin heç bir dövründə vətən savaşı, namus davası itkisiz ötüşməyib. Azərbaycan münaqişənin sülh yolu ilə ədlaətli həllinə tərəfdar idi. Nə yazıq ki, düşmən işğalçı siyasətindən əl məkmədi. Ermənistan tərəfinin iküzlü və saxtakar siyasəti Azərbaycanı Vətən savaşına başlamağa vadar etdi. Müzəffər ordumuz cəmi 44 gün milli qürurumuzu bərpa etdi, qəddimiz dikəldi. Cəmi 44 gündə yeni bir xalq doğuldu-qalib Azərbaycan xalqı. Müzəffər ali baş komandan, cənab İlham Əliyevin dediyi kimi biz qələbəni əziz şəhidlərimizə, qəhrəman qazilərimizə borcluyuq.Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusu 30 il davam edən erməni vandalizminə son qoydu.Ərazilərimizdə həyata keçirilən ekoloji terror dayandırıldı. Doğma yurdlarımız murdar tapdaqdan azad olundu.

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.

 

 

Anım Günü dərin ehtiramın ifadəsidir.

Anım Günü — Azərbaycan Respublikasında 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən İkinci Qarabağ müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin anılması məqsədilə təsis edilmişdir.Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin2020-ci il 2 dekabr tarixli sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilmişdir. Müzəffər Ordumuzun bu gün yazdığı tarix sabah daha da güclü inkişaf edəcək, çiçəklənəcək Azərbaycan üçün möhkəm bünövrədir. Bu, eyni zamanda, regionda dayanıqlı və uzunmüddətli sülhü, əmin-amanlığı və təhlükəsizliyi təmin edən mühüm amildir.Tarixdə heç bir müharibə qansız-qadasız, itkisiz ötüşməyib. Hər qazanılan zəfərin arxasında cəsur oğulların tökülən qanları var. Əbəs demirlər ki, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur. Vətən məhz torpağı uğrunda gözünü qırpmadan canından, qanından keçməyi bacaran oğullar sayəsində var olur. Qəhrəman oğullarımız 44 gün davam edən Vətən müharibəsinin hər gününü zəfər salnaməmizə çevirdi. Bu gün biz Vətən müharibəsi şəhidlərinin xatirəsini yad edirik. Şanlı Zəfər naminə həyatlarını qurban vermiş qəhrəmanlarımızı anırıq. Onlar əsl vətənpərvərlik və Vətənə sədaqət nümunəsi nümayiş etdirərək öz qorxmazlığı,cəsarəti, möhkəm iradəsi və ruh yüksəkliyi sayəsində işğalçını darmadağın edib, ölkəmizin ərazi bütövlüyünü bərpa ediblər. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramımızı bir daha bildirmək üçün bu gün təsis edilmişdir.Bütün şəhidlərimizlə, qazilərimizlə, Vətən uğrunda döyüşlərdə fədakarlıq göstərmiş hərbçilərimizlə, könüllülərimizlə fəxr edirik.” Müharibədə də, sülhdə də qızıl ləyaqət göstərən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Hərbçilərimizin qəhrəmanlığı, fədakarlığı dillər əzbəridir. Biz şəhidlərimizin ruhunu bundan sonra da əziz tutacaq, adlarını əbədiləşdirəcək, onların adını daşıyacaq meydanlarda, prospekt və küçələrdə qürurla, minnətdarlıqla xeyirxah işlərə yürüyəcəyik. Qəhrəman şəhidlərimizin adını daşıyan məktəblərdə, müəssisələrdə daha məsuliyyətlə çalışacaq, daha yaxşı nəticələr uğrunda xoşməramlı mübarizə aparacağıq. Bütün bu və bənzəri addımlar, hərəkətlər hər ilin 27 sentyabr günü bir başqa cür çiçəkləyib, hesabat verəcək, duyğulanacaq, yeni zəfərlərə qanadlanacağıq. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram göstərmişdir. Bu torpağın hər daşını vətən edib onun uğrunda canından keçən ,qanı ilə tarix yazıb özü bu tarixə sığmayan bir ananın oğlu kimi doğulub min anaya oğul olan ,qanlı döyüşlərin qələbə qürurunu bizlərə yaşadan,üçrəngli bayrağımız ucalsın deyə evinə bayrağa bükülüb gələn şəhidlərimizin ruhuna and içirik.

Zərdab Gənclər evi SXM-in əməkdaşı- Cəlal Mecidli.

Şərhlər

Şərh yazılmayıb.