Huquqaz.com

30 il ərzində davam edən erməni təxribatları

27.09.2022
1.733
30 il ərzində davam edən erməni təxribatları

30 il ərzində davam edən erməni təxribatları.

“Müharibə” sözü nə qədər dəhşət saçsa da,onun əvvəlinə əlavə olunan “Vətən” sözü həmin anlama bir müqəddəslik gətirir. Vətənpərvərlik xalqın qan yaddaşı, şəxsiyyəti səciyyələndirən ən yüksək əxlaqi-etik keyfiyyətlidir. Azərbaycan dövlətinin və xalqının tarixinə müqəddəs şəhid qanı ilə yazılan 27 sentyabr 2020-ci il tarixi həm də bizim böyük Zəfər günümüz oldu. Həmin gün Ali Baş Komandanin əmri ilə əks-hücuma keçən Azərbaycan ordusu 30 illik həsrətimizin vüqarlı sonu ilə bizi fərəhləndirdi. 44 gün çəkən müharibə zamanı Ordumuz özünün tam və qəti qələbəsini təmin etməklə Ermənistanı kapitulyasiyaya məcbur elədi. Nəticədə 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklik əzəli düşməndən təmizləndi. Həmin ərazilərdə Azərbaycanın üçrəngli bayrağı dalğalandı.

Azərbaycan Ordusu 30 il yuxularımızin, xəyallarımızin fövqündə olan Şuşanı azad etdi. Şuşa şəhərinin azad edildiyi həmin gün Ordumuz 70 kəndimizi, 8 strateji yüksəkliyi də düşməndən geri aldı. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərlə bərabər arxa cəbhədə çalışan mülki vətəndaşlarımız, bütövlükdə xalqımız əzm və iradə, birlik və həmrəylik nümayiş etdirdi. 27 il işğalın acısını 44 günə çıxardıq. Bu müasir hərb tarixinin parlaq bir səhifəsidir.

Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz cökdürməsi düşmənə bir dərs oldu. Haqq və tarixi ədalət uğrunda aparılan Vətən müharibəsi cənab İlham Əliyevin söylədiyi kimi şərlə xeyir qüvvələrinin mübarizəsidir. Öz Ali Baş Komandanının ətrafında dəmir yumruq kimi birləşmiş xalqın qəhrəman övladlarının canı, qanı bahasına qazanılmış qələbəmiz sarsılmazdır, əbədidir.

Biz əminik ki, Qarabağın əvvəlki şan-şöhrəti tezliklə özünə qayıdacaq, Qarabağ torpağı yenidən çiçəklənəcək. Qarabağ Azərbaycandır!

 

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin müəllimi- Səidə Tağıyeva

Şərhlər

Şərh yazılmayıb.