Huquqaz.com

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

30.04.2024
2.761
Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır

Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır.

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gəlib. Ertəsi gün Prezident cənab İlham Əliyevin Berlində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri olub. Səfər çərçivəsində ölkə başçısı Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib, daha sonra Azərbaycan Prezidenti cənab  İlham Əliyev və Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında dövlət başçısı bir sıra məqamlara toxunub, ona ünvanlanan sualları ətraflı cavablandırıb. Qeyd edilməlidir ki, son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Prezident cənab İlham Əliyev vurğulayıb ki, Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər Azərbaycanda ümumi enerji potensialı 2 qiqavata bərabər olan 9 günəş və külək elektrik stansiyası istismara veriləcəkdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədər olacaqdır. Bu gün Avropa İttifaqının Energetika Komissiyası Azərbaycanı panavropa qaz təchizatçısı kimi qiymətləndirir.Avropaya qaz təchizatımız strateji tərəfdaşlıq əsasında həyata keçirilir.2022-ci ildə Avropa İttifaqı ilə Azərbaycan müvafiq memorandum qəbul ediblər. 2027-ci ilə qədər ölkəmizdən Avropaya ixrac ediləcək qazın həcmini 20 milyard kubmetrə çatdırmaq nəzərdə tutulub. Hazırda Avropada təbii qaza – yeni mənbələrdən olan qaza tələbat artır. Əgər 2021-ci ildə Azərbaycan Avropa İttifaqı ölkələrinə 8 milyard kubmetr qaz təchiz etmişdirsə, bu il bu rəqəm 12 milyarda çatıb, onun ilbəil artırılması nəzərdə tutulub. Prezident İlham Əliyev öz çıxışında qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü tam bərpa edilib. Azərbaycan 2020-ci ildə öz suveren ərazisinin böyük hissəsini işğaldan azad edib və keçən ilin sentyabr ayında isə suverenliyini tam bərpa etmişdir. “Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Nizamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik”Hazırda Azərbaycanla Ermənistan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası və hətta demarkasiyası prosesi də başlanılıb. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi qaytarılıb. Artıq Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi də öz fəaliyyətini dayandırıb, burada yerləşdirilən silahlı qüvvələr öz əvəlki dislokasiya yerlərinə geri dönüblər. Mətbuat konfransında ona verilən sualları ətrafı cavablandıran ölkə başçısı bildirib ki, Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı.

Zərdab Gənclər evi SXM-in metodisti -Toğrul Abulov.

 

 

COP29-a ev sahibliyi etmək Azərbaycan üçün həm böyük şərəf, həm də məsuliyyətdir.

Bu il 26 aprel tarixində keçirilən növbəti, “15-ci Petersberq İqlim Dialoqu”nda COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycanın yer alması, Azərbaycan Prezidentinin bu tədbirdə iştirakı bir daha ölkəmizin iqlim dəyişikliyi ilə bağlı məsələlərdə atdığı addımları, mövcud siyasətini dünya ictimaiyyətinə təqdim etməsinə imkan verdi.Həmin beynəlxalq platformadan məharətlə istifadə edərək Prezident cənab İlham Əliyev faydalı qazıntı yataqları ilə zəngin olan ölkə kimi Azərbaycanın qlobal yaşıl gündəliyin icrasında əhəmiyyətli rolunu ortaya qoydu, iqtisadiyyatın dekarbonizasiyası, habelə alternativ enerjidən səmərəli istifadə strategiyasını xüsusi vurğuladı. Nəzərə alsaq ki, Azərbaycan son illərdə Avropa İttifaqı üçün əsas təbii qaz təchizatçısına çevrilib, alternativ enerjinin əldə olunması üçün görülən tədbirlər, ölkə başçısının qeyd etdiyi kimi, Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət etmək üçün şərait yaradacaqdır: “Hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya vahid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslandırma işlərinin son mərhələsindəyik. Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq.”Ümumiyyətlə yaşıl keçid üzrə icra edilən meqa layihələr çərçivəsində Azərbaycanın 2027-ci ilin sonuna qədər 2000 meqavat günəş və yaşıl enerji imkanlarına nail olması, doqquz elektrik enerjisi stansiyası, 2030-cu ilə qədər isə əlavə 5000 meqavat gücündə 10 günəş, külək enerjisi stansiyalarının istismara verilməsi ilə bağlı qarşıya qoyulmuş hədəflər, imzalanmış beynəlxalq müqavilələr mövcud alternativ enerji ehtiyatlarımızın, eləcə də malik olduğumuz potensialın bariz göstəricidir.

Həmçinin Almaniyaya səfər çərçivəsində Prezident cənab İlham Əliyevin Almaniyanın Federal Kansleri Olaf Şoltsla ikitərəfli və geniş tərkibdə görüşü, hər iki ölkə liderinin birgə mətbuat konfransı keçirməsi ölkəmizin Almaniya, o cümlədən Avropa İttifaqı üçün əhəmiyyətini, habelə regional inteqrasiya və iqtisadi inkişaf sahələrinə böyük töhfələr verdiyini bir daha nümayiş etdirdi.Fəxarətlə deyə bilərik ki, 1994-cü ildə “Əsrin müqaviləsi”nə imza atan, dünyada etibarlı neft-qaz ölkəsi kimi tanınan Azərbaycan bu gün dördüncü sənaye inqilabının baş verdiyi bir dövrdə özünün energetika siyasətini uğurla “yaşıl” enerji, “yaşıl” iqtisadiyyat siyasətinə transformasiya edir, dünyada enerji təhlükəsizliyinin təmin edilməsində yaxından iştirak edir.Beləliklə, Prezident cənab İlham Əliyev Azərbaycanın hər bir platformada gördüyü işlərin yalnız təhlükəsizliyə, xalqların və insanların sülh, rifah içində, yaxşı yaşamalarına kökləndiyini diqqətə çatdırır. Bu isə, öz növbəsində, Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə Dayanıqlı İnkişaf Məqsədlərinin hədəflərini nəzərə aldığının, nəinki “yaşıl” Gündəliyin, eyni zamanda “2030 Gündəliyi”nin icrasına verilən töhfənin bariz nümunəsidir.

Zərdab Gənclər evi SXM-in psixoloqu – Cəvahir Murtuzayeva

 

 

Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 26-da Almaniyaya rəsmi səfəri zamanı təşkil edilən mətbuat konfransında cənab Pre­zident İlham Əliyevin çıxışı istər səfərin məqsədi haqqında, istərsə də Azərbaycan – Almaniya münasibətlərinin necə davam edəcəyi haqqında informativ bilgi oldu. Ölkə baş­çımız bildirdi ki Son vaxtlar Almaniya-Azərbaycan əlaqələri öz sürətli inkişaf dövrünü yaşayır. İkitərəfli gündəlik kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir. Bu fikir təkcə iki dövlət arasında əlaqələri deyil, həm də regionu əhatələyir.Son illər dünyanın ən qlobal problemlərindən biri də enerjidir.Azərbaycan bu baxım­dan da dünyanın maraq dairəsindədir. Azərbaycan həm də yaşıl enerji ixracatçısıdır. Azərbay­can Res­pub­li­ka­sının Prezidenti cənab İlham Əliyev Almaniyada mətbuat konfransında bu haq­da da fikir səsləndirərək dedi ki, “Avropaya yaşıl enerjini ixrac etmək üçün fəal çalışırıq və tə­bii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaqdır. 2027-ci ilin sonuna qədər 9 günəş və külək elektrik stansiyası istismara veriləcək.Onların enerji po­ten­sialı 2 qiqavata bərabərdir. 2030-cu ilə qədər isə əlavə 10 külək və günəş elektrik stansiyası tikiləcək ki, onların da potensialı 5 qiqavata qədərdir”. Mətbuat konfransında cənab İlham Əliyev qalib dövlətin adın­dan bildirdi ki, Azərbaycan 2020-ci ildə öz su­ve­ren ərazi­si­nin böyük hissəsini işğaldan azad etmiş , Keçən ilin sentyabr ayında isə su­ve­ren­liyini tam bərpa etmişdir. Biz beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, BMT Ni­zamnaməsinin 51-ci maddəsinə söykənərək öz ərazi bütövlüyümüzü hərbi-siyasi yollarla təmin etdik”. Bu fikirlər işğalçı dövlətə siyasi, siyasi-hərbi dəstək göstərən dövlətlərə ciddi siyasi qınaqdır.Yanacaq da dünyəvi problemlərdəndir. Bu baxımdan Azərbaycan dünyanın az dövlət­lə­rindəndir ki, böyük təbii ehtiyatlara malikdir. Bu, həm iqtisadi inkişafda, həm də dünyəvi mü­nasibətlərin inkişafında əhəmiyyətli amilllərdəndir. Azərbaycan Respublikasının Prezi­denti cənab İlham Əliyev mətbuat konfransında dedi: “Neft və qaz Tanrıdan verilən böyük nemətdir və ölkələrə bu nemətə görə qiymət veril­mə­lidir. Azərbaycan neftdən, qazdan əldə olun­­muş gəlirlərdən düzgün istifadə edir. Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Ölkəmizin birbaşa xarici borcu ümumi daxili məh­su­lumuzun cəmi 7,9 faizinə bərabərdir. Neftdən, qazdan gələn gəlirlər cəmiyyətdə ədalətli bölünür və bu gün, ilk növbədə, Qarabağın və Şərqi Zən­gə­zu­run bərpasına istiqamətləndirilir” Azərbaycan faydalı qazıntı ilə zəngin olan ölkə kimi + platformasının üzvü olduğunu xatırladan cənab Prezident İlham Əliyev bildirdi ki, bu, ölkə üçün əlavə üstünlük deməkdir. Bu baxımdan təbii sərvətləri, bu sıradan neft və qazla zəngin olan ölkə kimi Azərbaycan iqlim dəyişmələri məsələlərinin həllində öncüllərdən olacaqdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın iqtisadi sahə­də perspektivlərindən də danışaraq qeyd etdi ki,  Azərbaycan, sadəcə, öz infrastrukturunu və çox yaxşı sərmayə mühitini təmin edir.Biz Avropaya lazım olan böyük həcmdə təbii qaza qənaət edəcəyik. Eyni zamanda, hazırda Xəzərdə külək enerjisi stansiyalarından Avropaya va­hid ötürülmə xətlərini, o cümlədən Qara dənizin dibi ilə kabeli çəkmək üçün texniki əsaslan­dırma işlərinin son mərhələsindəyik.Bu, dörd qiqavat həcmində Azərbaycanın yaşıl enerjisini Avropaya ixrac etmək imkanını yaradacaq. Dənizdə külək enerjisinin təsdiqlənmiş ehtiyatla­rı­mız 157 qiqavatdır. Bu, potensialın təzahürüdür. Uzun illər külək Bakı sakinləri üçün müəyyən narahatlıq yaradırdı. Lakin indi külək enerjisi böyük işlər, əməkdaşlıq və tərəfdaşlıq şəraitini yaradacaq və enerji təhlükəsizliyini gücləndirəcək…

Zərdab Gənclər evi SXM-in metodisti – Cəlal Mecidli.

Şərhlər

Şərh yazılmayıb.