Huquqaz.com

Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir

24.07.2024
3.323
Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir

Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir

Bu günlərdə Şuşa yenə də dünyanın diqqət mərkəzində oldu. Əllidən artıq ölkənin nümayəndələrinin təmsil olunduğu “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Yalan məlumatların ifşasına həsr olunmuş Qlobal Forum dezinformasiya ilə mübarizə baxımından mühüm əhəmiyyət kəsb edirdi. Tədbirdə iştirak edən media nümayəndələri cəmiyyəti düzgün məlumatlandırmaq üçün bütün imkanlardan istifadə edirlər. Ancaq nə etmək olar ki, kimlərdənsə asılı vəziyyətdə qalan media subyektləri dezinformasiya yaymağa sanki adət edib. Belə məlumatları yayanlar, ümumilikdə media adına ləkədir.

2-ci Şuşa Qlobal əsas məqamların dezinformasiyanın təsiri, siyasət və təşəbbüslər, ən mühümü isə Prezident cənab İlham Əliyevin çıxışının və tövsiyəsinin olmasıdır. Forumda süni intellekt, media sahəsində məlumatlandırma və iqlim dəyişikliyi də müzakirə mövzusu oldu. Təbii ki, belə bir tədbirdə bütün diqqət Cənab Prezidentimizin nitqinə, ona ünvanlanmış sualları cavablandırmasına, habelə həqiqəti cəsarətlə deməsinə yönəlir. Bu dəfə də gözlənilənlər baş verdi. Cənab Prezidentin səsləndirdiyi fikirlərdən bəlli oldu ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb. Xalqımız Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa işləri ilə bağlı çox nikbindir. Cəmiyyətimiz yenidənqurma, tikinti-bərpa işlərinə çox həvəslə yanaşır. Hətta bir sıra xarici ölkə şirkətləri də bu işlərə həvəslə girişiblər. Forumda iştirak edən 50-dən artıq ölkənin media subyektlərinin nümayəndələrinin dövlət başçımızın çıxışında səsləndirdiyi faktlardan bütün sahələr üzrə inkişafdan tam məlumatlı olduqlarını bildirib. Dünya ictimaiyyətinə bir daha bəlli oldu ki, gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. Azərbaycanın öz siyasəti, baxışları var, hər bir ölkənin müstəqilliyini dəstəkləyir, qoruyur və hər şeydən üstün tutur.

Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi

 

 

ABŞ 1992-ci ildə Azərbaycana qarşı sanksiyalar tətbiq edibdir

“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi və maraqla qarşılandı. Bir sıra dünya mediasında Azərbaycana qarşı qərəz hələ də davam edir. Ölkəmiz haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmu.r Bəzi ölkələrin, xüsusilə, Fransanın mediadan istifadə edərək ölkəmizi ittiham etməsini, guya, Azərbaycanın onların daxili işlərinə qarışmaq barəsində səsləndirdiyi fikirləri xatırladaraq bildirdi ki, bütün bunlar Fransanın uydurması, medianı feyk xəbərlər yaymağa məcbur edərək çətin vəziyyətə salmasıdır. Azərbaycan uzun illər dezinformasiyanın qurbanı olub. Ermənistanla Azərbaycan arasındakı münaqişə zamanı bütün erməni diasporu səfərbər oldu, ermənipərəst siyasətçilər, media nümayəndələri ölkəmizə qarşı hücuma keçdi, yalan məlumatlar yaymaqla Azərbaycan haqqında beynəlxalq aləmdə mənfi rəy yaratmağa çalışdılar. Bununla da respublikamızı reallıqdan çox uzaq olan bir şəkildə, təcavüzkar dövlət kimi təqdim edirdilər. Medianın bu yalanları işıqlandırması, siyasi motivlərə söykənən mesajlar və qərarlar nəticəsində ölkəmiz beynəlxalq sanksiyalara məruz qaldı. Belə sanksiyalardan biri 1992-ci ildə ABŞ Konqresinin ermənipərəst nümayəndələrinin səyləri nəticəsində Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsi idi. Humanitar böhrana məruz qalan, bir milyon qaçqını olan, işğal edilmiş əraziləri tamamilə dağıdılan bir ölkənin sanksiyalara məruz qalması absurd vəziyyət idi.

Forum iştirakçlarında Azərbaycanın heç bir zaman nə işğalı, nə fəsadları, nə verdiyimiz qurbanları, nə böyük Qələbəni unutmayacağına inam ifadə olundu. Gələcək nəsillərimiz bu Qələbə ilə fəxr edəcək. Azərbaycanın Qarabağda Qələbəsi yeganə geosiyasi dəyişiklik deyil. Cənubi Qafqaz ölkələri müharibə vəziyyətinə düşməsəydi, təbii ki, iqtisadi inkişaf və siyasi əməkdaşlıq baxımından nümunə ola bilərdi. Media subyektlərinə də bəlli oldu ki, Azərbaycan regionda və postsovet məkanında yeganə ölkədir ki, Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb.

Sevinc Məmmədova – “Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də Uşaq şöbəsinin müdiri

 

 

Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur.

Müstəmləkə zülmü ilə üzləşən xalqlara dəstək beynəlxalq hüququn və ədalətin təmin edilməsi baxımından olduqca vacibdir. Bu səbəbdən Azərbaycan son illərdə müstəmləkəçi dövlət olan Fransa tərəfindən əzilən xalqların hüquq və ləyaqətinin müdafiəçisi kimi mövqeyini gücləndirib. Ölkəmiz qlobal miqyasda neokolonializmdən əziyyət çəkən dövlətlərin yanındadır və onlara dəstəyini ifadə etməklə daha ədalətli dünya naminə hər vəchlə çalışır. İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimində iştirak edən Prezident cənab İlham Əliyev müxtəlif mövzularla bağlı sualları cavablandırıb. Kolonializm məsələsinə də toxunan Cənab Prezident bildirib ki, Qoşulmama Hərəkatının bir çox üzvü keçmişdə kolonializmin qurbanı olub. Milyonlarla insan, bəzi ölkələr hələ də bundan əziyyət çəkir: “Məsələn, Qəmər adaları, Mayot adası. Hələ də onlar kolonial idarəçilik altındadır. Biz bu ölkələrə kömək etmək istəyirik ki, keçmişin bu iyrənc qalığından özlərini azad edə bilsinlər. Təəssüflər olsun ki, Fransa hökuməti yenə də mediadan istifadə edərək bizi ittiham edir ki, guya biz onların daxili işlərinə qarışırıq. Ancaq bu, qətiyyən belə deyil. Biz bunu Avropa İttifaqında, BMT-də anti-Azərbaycan mövqeyi ilə əlaqələndiririk. Onlar Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar. Biz bunu ona görə edirik və əminik ki, Fransanın etdikləri iyrəncdir, qəbuledilməzdir və buna son qoyulmalıdır”.

Fransız müstəmləkəçiliyi əsrlər boyu davam edib. Üstəlik, fransızların bu dağıdıcı siyasəti bir çox qitədə ağır miras qoyub. Afrikadan Cənub-Şərqi Asiyaya və Karib hövzəsinə qədər çoxsaylı ölkələrin tarixinə, mədəniyyətinə və sosial-iqtisadi mənzərəsinə ciddi zərər vurulub. Cənub-Şərqi Asiyada Fransa Vyetnam, Kamboca və Laos üzərində kollektiv şəkildə Fransız Hind-Çini kimi tanınan müstəmləkə hökmranlığı qurub. Bu yerlərdə Fransanın maraqlarına uyğun iqtisadi siyasət tətbiq edilib. Hansı ki, bu, hələ də davam edən dərin sosial-iqtisadi bərabərsizliklərlə nəticələnib. Afrikada isə insanların məcburi köçü yerli mədəniyyətlərin sıxışdırılmasına gətirib çıxarıb. Təbii ehtiyatlar istismar olunub, məcburi əmək sistemləri formalaşıb və yerli mədəniyyətlər sıxışdırılıb. Assimilyasiyaya yönəlmiş fransız dili və təhsil sistemlərinin tətbiqi yerli ənənələri daha da aşındırıb. Ümumilikdə fransız müstəmləkəçiliyinin yaratdığı fəlakət müxtəlifdir. Müstəmləkədə olan xalqları üzərində dərin sosial-iqtisadi, mədəni və siyasi təsirlər bu gün də davam edir. Bu tarixi tanımaq, başa düşmək onun davamlı nəticələrini aradan qaldırmaq və ədalət, bərabərlik istiqamətində qlobal səyləri inkişaf etdirmək olduqca vacibdir. Müstəmləkəçiliyin müasir formalarına qarşı mübarizə aktual və qlobal problem olaraq qalır. Azərbaycan bu xalqların suverenliyini dəstəklədiyini ardıcıl olaraq bəyan edib. 2023-cü il iyulun 6-da Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılan Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəni dəstəkləyir. Ölkəmizin ədalətli mövqedə dayanmasının səbəblərindən biri də keçmiş Qarabağ münaqişəsidir. Azərbaycan öz ərazi bütövlüyünün və köçkünlərin hüquqlarının bərpası üçün çalışıb və qanunsuz işğala qarşı prinsipial mövqeyini ortaya qoyub. Azərbaycanın diplomatları Birləşmiş Millətlər Təşkilatında və digər çoxtərəfli platformalarda aparılan müzakirələrdə müstəmləkə xalqlarının hüquqlarını müdafiə edir və müstəmləkə zülmü ilə mübarizədə qlobal həmrəyliyin zəruriliyini diqqətə çatdırır. Son illər Azərbaycanın səyləri beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir və müstəmləkəçiliyin cəmiyyətlərə təsiri haqqında məlumatlılığı artırmaqla təqdirəlayiq reputasiya qazanıb. Ölkəmizin ədalət və bərabərlik prinsiplərinə sadiqliyi müstəmləkə idarəçiliyi altında əzab çəkən xalqlar üçün ümid işığıdır.

Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal

Şərhlər

Şərh yazılmayıb.