Huquqaz.com

Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur

23.07.2024
3.040
Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar  həqiqətə uyğun olmur

Bəzən Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar  həqiqətə uyğun olmur

44 günlük Şanlı qələbəmiz, ölkəmizin siyasi, iqtisadi uğurları, qlobal arenada artan nüfuzu anti-Azərbaycan dairələrinin ürəyincə deyil. Uğurlarımızı həzm edə bilməyən müxtəlif xarici dairələrin ölkəmizə qarşı həyasızcasına apardıqları informasiya müharibəsi, qarayaxma kampaniyası bu gün nəinki səngiyir, hətta getdikcə daha şiddətli forma alır.  Xüsusilə də Azərbaycanın COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edəcəyi məlum olduqdan sonra bu hücumlar özünü daha qabarıq şəkildə göstərir. Şübhəsiz ki, ədalətin Azərbaycanın tərəfində olduğu bu qarşıdurmada ölkəmizə qarşı aparılan çirkli informasiya savaşında mətbuat böyük rol oynayır. 

Müharibə təkcə döyüş meydanında yox, həm də siyasi ritorikada, KİV-də və son zamanlar sosial şəbəkələrdə aparılır. Hər bir ölkə  bu amansız müharibənin hədəfi ola bilər. Çünki informasiya müharibəsi qaydaları olmayan və bəzən hətta dəqiq müəyyən edilmiş düşməni olmayan savaşdır. İstifadə olunan üsulların müxtəlifliyi sonsuzdur və əsas təhlükə odur ki, böyük insan kütləsinə təsiri uzun müddət aşkar edilmədən qala bilər. İkinci Qarabağ müharibəsində qalib gəlməsindən sonra Azərbaycan da məhz bu informasiya müharibəsi ilə üz-üzədir. Qarabağ işğal altında olan zamanda da ölkəmizə qarşı geniş qarayaxma kampaniyaları aparılırdı. Qarabağ münaqişəsi başa çatdıqdan sonra da bu destruktiv fəaliyyətə son qoyulmadı, daha geniş miqyas aldı. Azərbaycanla bağlı təhrif olunan və yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş şəkildə yayılmağa başladı.

Ölkəmizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisinin və onlarla əməkdaşlıq edən müxtəlif siyasi-iqtisadi maraqları olan xarici qrupların dayanması heç kəsə sirr deyil. Belə şər qüvvələrin məqsədləri Azərbaycanı ləkələmək, ölkəmiz haqqında təhrif olunmuş məlumatlar yaymaqdır.

Qeyd edək ki, Azərbaycan haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun deyil  və ölkəmiz barədə təqdim edilən faktların manipulyasiyasına, yanlış təsəvvürlərə yol verilir. Əlbəttə, saxta və yalan məlumatlara əsaslanan kampaniyaların qlobal miqyasda vüsət aldığı bir şəraitdə Azərbaycan dövlətçiliyinin maraqlarını müdafiə etmək, vətəndaşlarımızın dolğun və etibarlı məlumat almaq hüquqlarını təmin etmək hər bir dövlətin qarşısında dayanan əsas vəzifələrdən biridir. Azərbaycan mediası da bu çətin, eyni zamanda, məsuliyyətli və şərəfli vəzifənin öhdəsindən gəlmək üçün resurslarını cəmləşdirərək bu sərhədsiz və qaydasız savaş açanlara qarşı mübarizə aparır. Bu strateji məsələ dövlət rəhbərliyinin də diqqət mərkəzindədir.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

Azərbaycan torpaqlarının işğalı 30 il davam edib

Ermənistan yalnız xain qonşu deyil, həm də barbardır. Uzun illər Azərbaycan torpaqlarını öz əsarəti altında saxlamış və bütün mədəni və tarixi irsimizi məhv etməyə çalışmışlar. Erməni vandalizmi sərhəd tanımır, bu proses xalqın qədim tarixi abidələrinin, mədəniyyət nümunələrinin dağıdılmasına yönəlib. Xalqımız Ermənistan tərəfindən xüsusi əhəmiyyətə malik unikal abidələrə bu cür barbarcasına münasibəti dünya irsinə qarşı yönələn təhdid kimi dəyərləndirir.

Qarabağ münaqişəsinə qədər dövlət qeydiyyatına alınan 700-dən çox tarix və mədəniyyət abidəsi, o cümlədən Cəbrayıl rayonunda 11 və 15 aşırımlı Xudafərin körpüləri, Kəlbəcər rayonunda Gəncəsar və Xudavənd məbədləri, Ağdam rayonunun Xaçın Türbətli kəndində məqbərə, Füzuli rayonu ərazisində dünyanın ən qədim sakinlərinin yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix Memarlıq Qoruğu talan edilib. Ermənistanın 1988-1992-ci illərdə planlı şəkildə həyata keçirdiyi  etnik təmizləmə siyasəti nəticəsində tarixən həmin ərazidə yaşamış 250 min nəfər azərbaycanlı son nəfərədək öz doğma yurdlarından zorla qovulmuş və Azərbaycana pənah gətirmişdir. Ermənilər zor tətbiq edərək dinc əhalini öz yurd yuvasından didərgin salmışdır.

30 illik işğala son qoyan, Azərbaycanın gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirən cənab  Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün uğurla həyata keçirilir. Reallaşdırılan layihələr, görülən işlər isə əhatəli və genişmiqyaslıdır. Maddi və mədəni dəyərlərimizin, tarixi abidələrimizin bərpası isə bu işlərin mühüm tərkib hissəsidir. Respublikamızın hər bölgəsi inkişaf etdirilir. Ölkə başçımızın işğaldan azad olunmuş ərazilərimizə davamlı səfərləri bu yerlərdən erməni vandalizminin izlərinin silinməsi, tarixi yurd yerlərimizin dirçəldilməsi ilə müşayiət olunur. Bütün bunlar bir daha təsdiq edir ki, işğaldan azad olunmuş əraziləri qısa müddət ərzində sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirmək, rayonları, kəndləri, qəsəbələri, bütün yaşayış yerlərini tezliklə bərpa etmək, bir sözlə, Qarabağı yenidən qurmaq güclü dövlətin, güclü liderin sayəsində mümkündür.

Bu gün müstəqil, azad Azərbaycan sözün əsil mənasında öz gələcəyinin sahibidir. Bütün bunlar Azərbaycan xalqının heç zaman yaddaşlardan silinməyəcək tarixi qələbələridir. Amma bu qələbələri mümkün edən ən böyük qələbə – xalqın müdrik seçimi idi. Xalq müdrik bir seçim etmişdi – İlham Əliyev seçimi. Məhz, Prezident İlham Əliyev ən böyük tarixi qələbələrə Azərbaycan xalqının imzasını atdı, ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi,  xalqın qürur və ləyaqətini özünə qaytardı.

Nurcahan Mürşüdova- Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

  Bu, bizim günahımız deyil ki, biz neft və qazla zənginik

Möhtərəm Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, Azərbaycan dayanıqlı və davamlı iqtisadi inkişafa nail olmuşdur. Azərbaycan Respublikasının  dünyadakı nüfuzu durmadan artır, region siyasi, iqtisadi və mədəni mərkəzə çevrilir.Bu gün Azərbaycan müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuşdur. Bunun nəticəsində Azərbaycanın bütün bölgələrində dinamik tərəqqi yaşanır.

Belə bir qəbul olunmuş fakt var ki , “Neft – enerji deməkdir, enerji isə – sərvətdir”. Bu məsələ Azərbaycanda uğurla reallaşdırılan neft strategiyasının nəticələri timsalında özünü bir daha təsdiqləmiş olur. Möhtərəm Prezident İlham Əliyevin müdrik və uzaqgörən inkişaf strategiyası nəticəsində, Azərbaycan son illərdə dayanıqlı və davamlı iqtisadi inkişafa nail olmuşdur. Azərbaycan Respublikasının  dünyadakı nüfuzu durmadan artır, region siyasi, iqtisadi və mədəni mərkəzə çevrilir.Bu gün Azərbaycan müəyyən edilmiş hədəflərə doğru inamla irəliləyir, ötən hər il bütün sahələrdə, xüsusilə neft sahəsində əldə olunan böyük uğurlarla tarixə düşür. Bu nailiyyətlərin əldə edilməsində müstəsna rolu olan dövlət proqramları regionların iqtisadi potensialının əhəmiyyətli dərəcədə artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına, müasir müəssisələrin açılmasına səbəb olmuşdur. Bunun nəticəsində Azərbaycanın bütün bölgələrində dinamik tərəqqi yaşanır.

Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Bu diplomatiyadır, siyasətdir, maliyyədir və Azərbaycan bunun üçün bir platforma yarada bilər.

Bu gün Azərbaycan nefti, təbii resurslar tam şəkildə Azərbaycan xalqının maraqlarına xidmət edir.  İndi Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir. Azərbaycan bu gün  infrastruktur layihələrinin təhlilinə verilən qiymətə görə dünyada qabaqcıl yerlərdədir. Neft gəlirləri qorunur, düzgün idarə olunur, ölkənin abadlaşdırılması, infrastrukturun təzələnməsi, xalqın rifahının yüksəldilməsi və ordunun gücləndirilməsi üçün istifadə olunur. Azərbaycan neftdən, qazdan əldə olunmuş gəlirlərdən düzgün istifadə edir. Buna görə də Azərbaycanda yoxsulluq şəraitində yaşayanların faizi son 20 il ərzində 50 faizdən 5 faizə düşmüşdür. Məhz buna görə Azərbaycan öz iqtisadi potensialını ortaya qoya bilib. Ölkəmizin birbaşa xarici borcu ümumi daxili məhsulumunun cəmi 7,9 faizinə bərabərdir.

Həcər Orucova- Zərdab rayon Gəlmə kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

1994-cü ildə Ulu Öndər tərəfindən tarixi qərar qəbul edildi

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında bir sıra dəyişikliklərin başlanğıcını qoydu. Azərbaycanı labüd fəlakətdən xilas edən dahi rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. Elə ilk günlərdən ARDNŞ-in birinci vitse-prezidenti, millət vəkili İlham Əliyev danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla həyata keçirilməsinin ən fəal iştirakçılarından oldu. XX əsrin son rübündə Azərbaycanın müstəqilliyinin cəmi 3 yaşı var idi və bir çox insan Azərbaycan haqqında məlumata malik deyildi,Belə çətin situasiyada “ Əsrin müqaviləsi”nin imzalanması prosesi labüd məsələlərdən biri kimi qarşıda durmuşdu. “Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi səbəbindən danışıqlar dayandırılma məqamına çatırdı.. Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı.

1994-cü il sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında “məhsulun pay bölgüsü” tipli müqavilə imzalandı. Müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adlanmış, təxminən 400 səhifə həcmində və 4 dildə öz əksini tapmışdıır. “Əsrin müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoko, BP, MakDermott, Yunokal, ARDNŞ, LUKoyl, Statoyl, Ekson, Türkiyə Petrolları, Penzoyl, İtoçu, Remko, Delta) iştirak etmişdir. Bununla da “Yeni neft strategiyası” və doktrinası uğurla həyata keçirilməyə başlandı. Əsrin müqaviləsi”nin ilk günlərindən başlayaraq Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 32 sazişin imzalanması üçün yol açdı. “Əsrin müqaviləsi” həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxil olmuşdur. İmzalanmış neft sazişləri üzrə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulmuş 64 milyard ABŞ dolları qoyuluşunun 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldilmişdir.

“Əsrin müqaviləsi”nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində Çıraq-1 özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük maillikli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu.

“Əsrin müqaviəsi” imzalanandan bu günə kimi öncə Ulu Öndər Heydər Əliyev tərəfindən, ardınca təməl yolunu uğurla davam etdirən  Cənab Prezident  İlham Əliyevin yeritdiyi mühüm islahatlar nəticəsində Azərbaycan günü-gündən inkişaf edir.

 Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi-uşaq bağçasının müdiri

 

 

 Azərbaycan bərpaolunan enerji sahəsində böyük nailiyyətlərə imza atıb.

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini günü-gündən möhkəmləndirməkdədir. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.

Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır. Azərbaycan bu sahədə də əməkdaşlığa xüsusi önəm verir. Ölkəmizin malik olduğu yaşıl enerji potensialı beynəlxalq səviyyədə də yüksək qiymətləndirilir.

Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialıdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Artıq bu mühüm yolu qət edilməyə başlanılıb. Belə güman olunur ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə ediləcək və daxili bazarda təbii qaz istehlakı azalacaq.

Azərbaycan həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir: “Bu il-2024-cü il  Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Azərbaycanın bərpaolunan enerji layihələri yüksək göstəricilər nümayiş etdirir. Ötən bir il ərzində bu layihələr arasında keçən ilin oktyabr ayında Azərbaycanda açılışı baş tutmuş  ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Bu stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən olan “Masdar” tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır. İndi isə 240 meqavatlıq külək elektrik enerjisi stansiyası ilə bağlı işlər yekunlaşır və tezliklə biz 240 meqavatlıq Günəş Elektrik Stansiyasının açılışı olacaq .

Birinci layihə “Masdar” şirkəti, ikinci layihə isə “Acwa Power” şirkəti tərəfindən həyata keçirilir. Üçüncüsü isə BP tərəfindən inşa ediləcək. Yəni, bunlar dünyanın aparıcı enerji şirkətləridir. Bununla yanaşı, ötən ay Bakıda  üç Günəş və külək elektrik stansiyasının təməli qoyuldu, ümumi həcm bir qiqavatdır. Bu  sahədə çox böyük işlər görülür. Bununla bağlı həm texniki, həm də iqtisadi potensialımız var. Texniki baxımdan dənizdə külək enerjisi potensialı 157 qiqavatdır. Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına görə, iqtisadi baxımdan quruda Günəş və külək stansiyalarının potensialı, göstərir ki,  27 qiqavat həcm istehsal oluna bilər, yəni, həcm böyükdür.

Şabəyim Ağayeva- Zərdab rayon Dəli Quşçu kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.