Huquqaz.com

Qarabağ münaqişəsi artıq tarixdə qalıb

05.11.2022
3.296
Qarabağ münaqişəsi artıq tarixdə qalıb

Azərbaycan respublikası beynəlxalq hüquq və prinsiplərə sadiq olan demokratik dövlətdir. Ərazi bütövlüyümüz bizim üçün hər şeydən üstündür və o hansısa bir müzakirə məsələsi ola bilməz. Dəfələrlə ali baş komandan cənab prezident İlham Əliyev öz çıxışlarında qeyd edib ki, Qarabağ məsələsi artıq keçmişdə qalıb. Biz öz gücümüz hesabına ərazi bütövlüyümüzü təmin etmişik. Bəli bu qələbə güclü baş komandan, müzəffər ordu və böyük xalqın iradəsi hesabına əldə olunmuş zəfərdir.

Ola bilsin ki, hansısa ölkəmizə qərəzli mövqeyi olan təşkilat və ölkə hələdə riyakar əməllərini davam etdirmək üçün bu məsələni yenidən siyasi müstəviyə qaytarmaq istəyir. Amma bu mümkün deyil. Cunki bu gün Azərbaycan beynəlxalq aləmdə nüfuzlu və tam müstəqil dövlətdir. Onun öz rəsmi mövqeyi var!

Yaşasın müstəqil Azərbaycan. Yaşasın müzəffər ali baş komandan.

 

Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru –  Rasif Qaçayzadə

Şərhlər

Şərh yazılmayıb.