Huquqaz.com

Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur

01.06.2023
2.894
Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur

Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur.

Hər bir dövlət təhlükəsizliyini və inkişafını təmin etmək məqsədilə daxili-xarici siyasi xəttini seçərək müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələr yaradır. Kifayət qədər mürəkkəb və strateji cəhətdən olduqca əhəmiyyətli coğrafi bölgədə yerləşən ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra digər ölkə və beynəlxalq təşkilatlarla əlaqələrin qurulması sahəsində ciddi addımlar atmağa başlayıb. Bununla yanaşı, Azərbaycanla əlaqələrin qurulmasında maraqlı olan ölkələr müstəqil dövlətimizi beynəlxalq hüququn subyekti kimi rəsmən tanıyaraq, diplomatik əlaqələrin qurulmasında önəmli səy göstəriblər. Bütün mərhələlərdə Azərbaycanla dostluq münasibətlərinə üstünlük veriblər. Belə ölkələrdən biri də dost İsrail dövlətidir.

Azərbaycanla İsrail arasında Müdafiə sənayesi sahəsində uzunmüddətli əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycanın uzun illərdir ki, bu sahədə İsrailin müasir avadanlığına çıxışı var, bu da bizə müdafiə qabiliyyətimizi müasirləşdirməyə kömək edir və dövlətçiliyimizi, əsas dəyərlərimizi, milli maraqlarımızı və ərazi bütövlüyümüzü müdafiə etməyə imkan yaradır. İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir.

Bu gün İsrail və Azərbaycan dövlətləri arasındakı sıx dostluq əlaqələri və tarixi bağlardan ən çox narahat olan dövlət, heç şübhəsiz ki, Ermənistandır. Lakin Azərbaycandan fərqli olaraq Ermənistanın daxili və diaspor nəşrlərində yəhudilər pislənir, tənqid edilir, hətta təhqir olunurlar.mErməni antisemitizmi nəinki dünyanın müxtəlif ölkələrində hətta Azərbaycanda da yəhudiləri təqib etmişdir. 1918-ci il martın 30-dan aprelin 2-nədək Stepan Şaumyanın rəhbərliyi ilə Bakı quberniyasının yerli əhalisinə qarşı törədilən qətliamlar zamanı 3 min dinc yəhudinin xüsusi amansızlıqla qətlə yetirilməsi bunun bariz nümunəsi idi.

Rasif Qaçayev – Zərdab rayonu Gəlmə kənd tam orta məktəbinin direktoru

 

 

İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar.

“İsraildə yaşayan azərbaycanlılar ölkələrimiz arasında körpülərin qurulmasında mühüm rol oynayırlar. Bizim dünya azərbaycanlılarının diaspor təşkilatları var, lakin yalnız bir ölkədə, İsraildə bu təşkilat əsasən yəhudi mənşəli insanlardan ibarətdir. Bu, aramızda heç bir fərqin, heç bir bölgünün olmadığını nümayiş etdirir” Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti İsxak Hersoqla mətbuata bəyanatında demişdir. Həmçinin prezidentimiz qeyd etmişdir ki, əsrlər boyu davam edən qarşılıqlı əlaqələrimiz, dostluq və qarşılıqlı dəstək tariximiz vardır. Müstəqil ölkə olaraq Azərbaycanın, sadəcə 31 yaşı var, lakin bizim qədim tariximiz var. Azərbaycandakı yəhudilər həmişə cəmiyyətimizin fəal və mötəbər hissəsi olmuşdur, bu gün də belə olmağa davam edirlər. Mədəni körpülərin bizim ikitərəfli strateji əməkdaşlığımıza töhfəsi çox vacibdir .

Bəyanat zamanı Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə olunduğu, İsxaq Hersoqun ölkəmizə səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyi hər birimizə məlum oldu.

Gülnarə Pirməmmədova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin müəllimi  

Şərhlər

Şərh yazılmayıb.