Xalqın xilaskar lideri-Ulu Öndər Heydər Əliyev
Xalqın xilaskar lideri-Ulu Öndər Heydər Əliyev
Müasir Azərbaycan tarixinin bütöv bir dövrü, önəmli bir mərhələsi Ulu öndərimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Azərbaycan tarixinə qurucu və xilaskar kimi daxil olmuş Ulu öndərimiz xalqımızın taleyində, mənəvi, siyasi və ictimai həyatında misilsiz xidmətlər göstərmişdir. Heydər Əliyev xalqını sonsuz məhəbbətlə sevmiş, xalq da onun sevgisini daim ucu tutmuşdur. Məhz xalqına olan bu məhəbbəti dünya şöhrətli siyasi xadimi yenidən öz ana vətəni Azərbaycana ikinci dəfə ölkə rəhbərliyinə qaytarmışdır. 1993-cü ilin kəşməkəşli iyun günlərində xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qayıdan böyük və bənzərsiz şəxsiyyət Heydər Əliyev xalqın başının üstünü almış bütün bəlalardan millətini hifz edib qorudu, respublikada ictimai-siyasi sabitliyi təmin etdi, vətəndaş qarşıdurmasını aradan qaldırdı, ölkəni parçalanmaq təhlükəsindən xilas etməklə, milli qurtuluşu təmin etdi. Ölkəmiz demokratiya, hüquqi dövlət quruculuğu yolu ilə irəlilədi, xalq birliyi yarandı. Bütün varlığı ilə Vətənə və xalqa candan bağlı olan böyük şəxsiyyət və dövlət xadimi Heydər Əliyev öz həyatını, zəngin dövlətçilik təcrübəsini Azərbaycanın xoşbəxt gələcəyinə, onun inkişaf etmiş sivil dövlətlər səviyyəsinə yüksəlməsinə həsr etmiş, Azərbaycanın bugünkü sürətli və irimiqyaslı inkişafının təməlini qoymuşdur.
Ələkbər Kərimov
Zərdab rayon Gənclər və İdman idarəsinin rəisi
Şərh yazılmayıb.