Huquqaz.com

Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

24.05.2023
1.451
Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır

Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır.

Prezident cənab İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin beynəlxalq əlaqələr coğrafiyasının tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, ölkələrimiz arasında gənclər, idman, ekologiya və prokurorluq sahələri üzrə bir sıra mühüm sənədlər imzalanıb. Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə ölkələrimiz arasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” imzalanmışdır. Azərbaycan və Litva arasında iqtisadi, ticarət və siyasi sahədə olan əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Hər iki tərəfdən buna çox böyük maraq var. O da xüsusi olaraq qeyd edilməlidir ki, Litva ilə Azərbaycanın tarixi əlaqələri var. Həmçinin Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır. İkitərəfli münasibətlər qarşılıqlı maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və reallaşan səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlərlə yüksələn xətlə daha da inkişaf edir.

Prezident cənab İlham Əliyevin Litvaya dördüncü səfəri zamanı, həmçinin bu ölkənin Baş naziri İnqrida Şimonite ilə mühüm görüşlər keçirdiyini, Azərbaycan-Litva biznes forumunda iştirak etmişdir. Ümumiyyətlə, səfərin proqramının kifayət qədər geniş olması onun əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir. Prezident cənab İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi “Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir”.

 

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab rayon Ağsaqqalar Şurasının sədri

 

Şərhlər

Şərh yazılmayıb.