Huquqaz.com

Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir

17.01.2023
1.897
Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir

Hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir

Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün lazımi addımların atılmasını zəruri etmişdir. Belə ki, “Siyasi partiyalar haqqında” Qanun siyasi partiyaların fəaliyyətinin yenidən formalaşması anlamına gəlir. Artıq siyasi təşkilatlar yeni üzvlər qəbul etməli, sənədləşməni, təşkilati işləri yeniləməli və müvafiq dövlət orqanlarına təqdim etməlidirlər. Digər işlər cari və perspektiv planlara görə aparılacaq. Ümumiyyətlə, yeni Qanun qəbul olunanadək xeyli müzakirələr getdi, hər bir siyasi təşkilat bir sıra təkliflər verdi, qanunun qəbulunda nəzərə alınanlar da oldu. Bütün hallarda artıq yeni qanun qüvvəyə minib, hər bir siyasi partiya rəhbəri  işlərini yeni Qanunun tələblərinə uyğun qurmalıdır.

Yeni Qanun partiyaların təmərküzləşməsinə şərait yaradacaqdır. Yəqin ki, bundan sonra kiçik partiyalar siyasi arenada qalmayacaqlar. Artıq bu partiyaların birləşməsi istiqamətində ciddi fəaliyyət başlayacaq. Ümumiyyətlə, yeni Qanun qəbul olunana qədər müəyyən müzakirələr gedib, müxtəlif təkliflər verilib, mübahisə doğuran bir sıra müddəalar layihədən çıxarılıb.  Yeni nəslin nümayəndələri siyasi proseslərə və siyasi partiyalara cəlb olunmalıdırlar. Bu mənada yeni Qanunla  siyasi partiyalarda xeyli canlanmanın şahidi olacağıq.

Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc

Şərhlər

Şərh yazılmayıb.