Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur
Hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olmuşdur.
Yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr olunan görüşdə dövlət başçısı gənc nəslin həm döyüş meydanında, həm də idman arenalarında ölkəmizin bayrağını qaldırmasını alqışlayaraq bildirdi ki, biz gələcək nəsli vətənpərvərlik ruhunda tərbiyə etmişik və edəcəyik. Prezident cənab İlham Əliyev öz çıxışında söyləyib ki, hər il olduğu kimi, keçən il də Azərbaycan idmanı üçün uğurlu il olub. Bütövlükdə ölkə miqyasında görülmüş işlərə yüksək qiymət vermək olar. Ötən il idmançılarımız beynəlxalq yarışlarda 800-dən çox medal qazanıblar, onlardan 300-ə yaxını qızıl medaldır. Beynəlxalq yarışlar arasında V İslam Həmrəyliyi Oyunları xüsusi qeyd edilib. Türkiyənin Konya şəhərində keçirilmiş İslam Həmrəyliyi Oyunlarında 56 ölkə arasında idmançılarımız 99 medalla 4-cü yerə layiq görülmüşlər. Bu, bir daha Azərbaycanın idman sahəsindəki uğurlarını təsdiqləyir.
Son 19 illik prezidentlik fəaliyyəti dövründə Prezident cənab İlham Əliyev idmançılarla mütəmadi görüşü bir daha idmananın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. İdman sahəsində inkişaf və uğur göz qarşısındadır. Nəsillər dəyişdikcə görkəmli idmançıların təcrübəsi gənc idmançılara təhvil verilir. Bu gün Azərbaycanda yetişən gənc idmançılar bizim idman şöhrətimizi bundan sonra da yüksəklərdə saxlayacaqlar və bu, daimi proses olacaqdır. Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, “Işğaldan azad edilmiş ərazilərdə keçən il bir neçə beynəlxalq idman yarışı keçirilib. Bunun çox böyük tarixi əhəmiyyəti var. Çünki azad edilmiş ərazilər indi canlanır, həyat qayıdır, insanlar qayıdır”. Dövlətimizin başçısı onu da qeyd edib ki, tarixi Zəfərimizdən dərhal sonra azad edilmiş torpaqlarda genişmiqyaslı quruculuq-bərpa işlərinə başlamışıq və o bölgələrdə beynəlxalq idman yarışlarının keçirilməsinin çox böyük rəmzi mənası var: «Şuşada beynəlxalq şahmat yarışı, Suqovuşanda, Suqovuşan gölündə beynəlxalq avarçəkmə yarışı keçirilmişdir. Zəngilanın Ağalı kəndinin ətrafında triatlon üzrə yarış keçirilmişdir. Mən bunu çox yüksək qiymətləndirirəm və bu il də bu işlər davam etdirilməlidir”. Azad edilmiş şəhərlərin hər birinin Baş planında idman obyektlərinin yaradılmasının nəzərdə tutulduğunu bildirən Azərbaycan Prezidenti diqqətə çatdırıb ki, Ağdamın məşhur “İmarət” stadionunun yeni layihəsi işlənilir. Stadion yenidən qurulacaq, eyni zamanda, onun yanında böyük Olimpiya İdman Kompleksi yaradılacaq. Keçən il Ağdamın Eyvazxanbəyli kəndində Qarabağ Atçılıq Kompleksinin təməli qoyulub. Bu istiqamətdəki işlər uğurla davam edir.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri
Şərh yazılmayıb.