Huquqaz.com

Dövlət rəmzi

09.11.2022
1.686
Dövlət rəmzi

Hər bir dövlətin gerbi, bayrağı, himni var. Onlar dövlətin rəmzləri adlanır. Rəmzlər dövlətin müstəqilliyini təcəssüm etdirir. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.Dövlət rəmzlərini qorumaq, onları sevmək hər bir Azərbaycan vətəndaşının borcudur. Müstəqilliyimizin göstəricisi olan bu rəmzlər uğrunda minlərlə soydaşımız canını qurban vermiş, şəhid olmuşdur. Ona görə də qürur mənbəyimiz olan dövlət rəmzlərini Hər bir dövlətin gerbi, bayrağı, himni var. Onlar dövlətin rəmzləri adlanır. Rəmzlər dövlətin müstəqilliyini təcəssüm etdirir. Dövlət rəmzlərini qorumaq, onları sevmək hər bir Azərbaycan vətəndaşının borcudur. Müstəqilliyimizin göstəricisi olan bu rəmzlər uğrunda minlərlə soydaşımız canını qurban vermiş, şəhid olmuşdur. Ona görə də qürur mənbəyimiz olan dövlət rəmzlərini həmişə uca tutmalıyıq.Dövlət bayrağımız bərabər eni olan üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.Bayrağımızdakı mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasirliyi, yaşıl rəng dinimizin islam olmasını bildirir.Azərbaycan bayrağının eni onun uzunluğunun yarısına bərabərdir.Dövlət gerbimiz palıd budaqlarından və sünbüllərdən ibarət qövsün üzərində yerləşən şərq qalxanının təsvirindən ibarətdir. Qalxanın üstündə Azərbaycan Respublikasının Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov vardır. 1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən 1919-cu ildə böyük bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş “Azərbaycan marşı” Azərbaycanın Dövlət himni kimi təsdiq edildi.Dövlət himnimiz Azərbaycan dövlətinin, onun müstəqilliyinin və birliyinin müqəddəs rəmzidir.

 

Zərdab  şəhər 1 saylı məktəb liseyin psixoloqu- Kifayət İmanova

Şərhlər

Şərh yazılmayıb.