Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq
30 ilə yaxın müddət ərzində erməni qəsbkarları Azərbaycanın işğal olunmuş ərazilərində dünyada misli görünməmiş vəhşiliklər törədiblər. Şəhərlərimiz, yüzlərlə qəsəbə və kəndlərimiz dağıdılaraq yerlə-yeksan edilib, tarixi-mədəni irsimiz məhv edilib, təbii sərvətlərimiz talan olunub. 1992-ci ildə, may ayının 18-də ermənilər tərəfindən işğal olunmuş Laçın rayonu da bu kimi vandalizm əməllərinə məruz qalmış rayonlarımızdan biridir. Həmin vaxt erməni silahlı qüvvələri Azərbaycan hakimiyyətinin zəifliyindən, ölkəmizdə baş alıb gedən hərc-mərclikdən yararlanaraq Laçın dəhlizindən keçməklə bu rayonu işğal etmiş və Ermənistanla keçmiş “Dağlıq Qarabağ” arasında coğrafi bağlantı yaratmağa müvəffəq olmuşdular.
Ermənistan işğalçı tərəf olaraq Cenevrə Konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozmuşdur. Məlum olduğu kimi, işğal olunmuş ərazilrdə coğrafi adların dəyişdirilməsi, təbii resurslarının talan edilərək qazanc mənbəyinə çevrilməsi, qeyri-qanuni məskunlaşma həyata keçirilməsi bütün beynəlxalq konvensiyalarda hərbi cinayət kimi təsbit edilir. Rəsmi irəvan isə 30 ilə yaxın müddət ərzində bütün bu cinayət əməllərini Azərbaycanın işğal altında olan bütün ərazilrində, o cümlədən Laçın rayonunda, həm də dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirmişdir. O cümlədən ermənilər Suriyadan olan erməni əsilli qaçqınları məqsədyönlü şəkildə bu rayonda məskunlaşdırmaqla demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə də məşğul olublar. Dünya ictimaiyyəti isə bütün bu baş verənlərə göz yumaraq Azərbaycanın hüquqlarını bərpa etmək istiqamətində bircə addım belə atmamışdır.
2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz cəmi 44 gün ərzində bütün ərazilərimizi işğaldan azad etdi. Müharibənin ən sonuncu günündə Laçın rayonunun Güləbürd, Səfiyan və Türklər kəndləri azad olundu. Məlum olduğu kimi, 2020-ci il 10 noyabr tarixində faktiki olaraq Ermənistanın kapitulyasiya aktı olan üçtərəfli Bəyanat imzalandı. Məhz bu tarixi sənədin şərtlərinə əsasən 2020-ci ilin 1 dekabr tarixində Laçın rayonu Azərbaycana təhvil verildi, 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycana qaytarıldı. Bu əraziləri artıq qan tökmədən geri almaqla Azərbaycan həm hərbi, həm siyasi, həm də diplomatik müstəvilərdə Ermənistanı darmadağın etmiş oldu. Bun gün isə Azərbaycan xalqı artıq digər işğaldan azad olunmuş ərazilərimiz kimi, Laçını da yenidən qurur. “Böyük Qayıdış” Dövlət Proqramına uyğun olaraq Laçın rayonu və bütün başqa rayonlar bərpa olunur. Laçınlıların birinci qrupu isə öz doğma şəhərinə artıq gələn ilin sonuna qədər qayıda biləcəklər. Qeyd edək ki, 2025-ci ildə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi planlaşdırılır. Əlbəttə ki, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu xeyli artıracaqdır”,
Babək Əliyev – Zərdab şəhər sakini, ağsaqqal
Şərh yazılmayıb.