Huquqaz.com

Xalqın nicatı

19.06.2022
1.777
Xalqın nicatı

Xalqın nicatı

Hər bir dövlətin və xalqın taleyində olduqca önəmli olan məqamlar var ki, həmin günlərdə onun gələcəyini müəyyən edən mühüm başlanğıcların əsası qoyulmuşdur. Azərbaycan xalqının tarixində belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Heydər Əliyevin yenilməz iradəsi, uzaqgörənliyi, fədakarlığı onu bütün dünya azərbaycanlılarının lideri edib, ömür yolu doğma Vətənə xidmət nümunəsinə çevrilib. Bütün həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə, vətəninə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Heydər Əliyevə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli lider mövqeyi qazandırıb. Misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur,  onu daim böyük ehtiram və hörmətlə yad edir.

 

Zərdab şəhəri, Fəal gənc Əlihüseyn Rəsulzadə

Şərhlər

Şərh yazılmayıb.