Huquqaz.com

Ulu Öndərin qurtuluş missiyası

14.06.2022
2.249
Ulu Öndərin qurtuluş missiyası

Ulu Öndərin qurtuluş missiyası

15 iyun tarixi ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən günlərdən biridir. 1993-cu ilin iyunun 15-də Azərbaycan xalqının böyük oğlu, dahi rəhbər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı o dövr üçün Azərbaycanı gözləyən bütün təhlükələrin qarşısına bir sədd çəkmiş oldu. Beləliklə xilaskar liderin uğurlu və məqsədyönlü fəaliyyəti nəticəsində həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi. Ümummilli lider Heydər Əliyev dühasının xidmətləri olan bu nailiyyətlər Azərbaycanı məhv olmaqdan qurtardı, müstəqilliyimizi daimi, əbədi, sarsılmaz, dönməz etdi. Bütün bunlar 1993-cü il 15 iyun tarixinin nailiyyətləridir. Dahi rəhbər Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Ümummilli liderin qətiyyəti xalqa ruh yüksəkliyi gətirdi, inamımızı özümüzə qaytardı. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyildi, bu tarix həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirdi.

Zərdab rayonu Fəal gənc

Jalə Kərimli

Şərhlər

Şərh yazılmayıb.