Huquqaz.com

Azərbaycan “Böyük Qayıdış” adlanan proqramın icrasına başlayıb

09.11.2022
2.794
Azərbaycan  “Böyük  Qayıdış” adlanan proqramın icrasına başlayıb

Azərbaycan artıq yeni quruculuq mərhələsinə qədəm qoyub. Ən önəmlisi isə, işğaldan azad edilmiş ərazilərimizdə bərpa işlərinin görülməsidir ki, bu da sistemli şəkildə  həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizdə məskunlaşma 4 mərhələdə aparılır. Birinci mərhələdə minalardan təmizlənmə, dəymiş ziyanın qiymətləndirilməsi,  ikinci mərhələ infrastrukturun formalaşdırılması, həmçinin kommunal xidmətlərə əlçatanlığın təmin edilməsi üçün xüsusi şəbəkənin yaradımasıdır. Üçüncü mərhələ sosial və inzibati  binaların inşa edilməsi və dördüncü mərhələ vətəndaşlarımızın dədə-baba yurdlarına qayıtması və məskunlaşmasıdır.

Mənfur ermənilər 30 il ərzində işğalda saxladıqları əraziləri xarabalığa çevirmək­lə, infrastrukturunu məhv etməklə yanaşı, şəhər, kənd və qəs­əbələrə aparan yolla­rı, tarixi abidələrin yerləşdiyi yerləri, qəbiristanlıqları, əkin sahələrini qarı­ş-qarış minalayıblar. Qarabağ işğaldan azad olunduqdan sonra ilk iş bu ərazilərin minalardan təmizlə­nməsi olub. Qarabağa Böyük qayıdışın yolu kommunikasiyaların bərpasından və işğaldan azad edilən əra­zilərdə genişmiqyaslı tikinti-quruculuq, təmir-bərpa işlərin­in aparılmasından ke­çir. İşğaldan azad olunan ərazilərdə tikinti-­quruculuq işlərinin aparılması üçün ilk növbədə yolların yen­idən çəkilməsi, körpü və tunellərin tiki­ntisi xüsusi əhəmiyy­ət daşıyır.​ Bu məq­sədlə azad edilən ər­azilərdə Prezident cənab İlham Əliyevin tapşır­ığına əsasən müasir yol infrastrukturunun yenidən qurulması istiqamətində genişm­iqyaslı tikinti işlə­ri həyata keçirilir. Prezidentin imzalad­ığı müvafiq sərəncam­larla bu ərazilərdə çoxlu sayda avtomobil yollarının inşasına böyük həcmdə maliy­yə vəsaitləri ayrılı­b.​ Böyük Qayıdışın təmin edilməsi,​ 30 ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq arzusu ilə yaşayan insanların tez bir zamanda işğaldan azad olunan ərazilərə köçürülməsi üçün hazırda burada genişmiqyaslı bərpa və infrastruktur quruculuğu işləri həyata keçirilir. Bu ərazilərdə yaşayış kompleksləri, xəstəxana, məktəb binaları və.s tikilir. Prezident cənab İlham Əliyevin müvafiq tapşırığına əsasında Qarabağın tacı Şuşa şəhərində də quruculuq işləri aparılır. Şəhərin müfəssəl hazırlanan baş planı əsasında tikiləcək yeni yaşayış kompleksinin təməlini qoyulub. Şuşa şəhərinin baş planı hazırlanarkən onun tarixi əzəmətinin qorunması əsas götürülüb. Mədəniyyət paytaxtında həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək. Böyük Qayıdış planına uyğun olaraq, hazırda Qarabağ regionunda yol infrastrukturu da yenidən qurulur. İlk pilot layihə olaraq məhz Zəngilanda 200 evdən ibarət “ağıllı kənd” salınıb. Azərbaycanın müstəqil iqtisadiyyatının gücü hesabına “Böyük qayıdış” prosesinə start verilib və ilk olaraq zəngilanlıların doğma torpaqlarına qayıdışı baş tutub. Məhz Azərbaycan xalqının birliyinə, həmrəyliyinə görə biz bu gün “Böyük Qayıdış”ın qürurunu yaşayırıq .

 

 Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Leyla Əliyeva

Şərhlər

Şərh yazılmayıb.