28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir
Oktyabrın 14-də Astanada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclası keçirilib.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iclasda iştirak edib.Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib.Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iclası açıq elan edib.MDB İcraiyyə Komitəsinin sədri – icraçı katibi Sergey Lebedev gündəlikdə duran məsələlər barədə məlumat verib. *Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib.Prezident İlham Əliyevin çıxışı:* – Mən əvvəlcə bizim regionda yaranan vəziyyətlə bağlı həmkarlarımı məlumatlandırmaq istərdim.Həmkarlarım yaxşı bilirlər ki,Azərbaycanın ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı dövründə mən bu mövzunu MDB çərçivəsində heç vaxt müzakirəyə çıxarmırdım.Çünki münaqişənin nizamlanması mövzusu ilə ATƏT-in Minsk qrupu məşğul olurdu,o,mandata sahib idi.Təəssüf ki,28 il ərzində Minsk qrupunun nəticəsi sıfıra bərabərdir.İndi göründüyü kimi,bu qurumun başlıca məqsədi münaqişənin nizamlanması yox,onun dondurulması idi.Danışıqların aparılması münaqişənin hələ uzun illər həll olunmaması üçün yalnız pərdə idi.Beləliklə,münaqişə həll olunub.Azərbaycan beynəlxalq hüquqa,BMT-nin Nizamnaməsinə,o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib. İclasda həmçinin Rusiya Prezidenti Vladimir Putin,Belarusun dövlət başçısı Aleksandr Lukaşenko,Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev,Qırğız Respublikasının Prezidenti Sadır Japarov,Tacikistan Prezidenti Emomali Rahmon,Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov,Özbəkistan Prezidenti Şavkat Mirziyoyev,Ermənistanın baş naziri Nikol Paşinyan və MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev iştirak edir. Sammitdə MDB-nin 2023-2025-ci illər üçün terrorizm və ekstremizmlə mübarizə üzrə yenilənmiş proqramı, MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müşahidəçi statusunun verilməsi, MDB-yə üzv dövlətlər arasında korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması müzakirə olunur.
Zərdab rayon Çallı kənd tam orta məktəbin tarix müəllimi- Alim Qasımov
Şərh yazılmayıb.