Huquqaz.com

Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır

08.11.2022
1.568
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır

Regionda davamlı və uzunmüddətli sülhə nail olmaq məqsədilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanmasına hazırlıq işləri fəal aparılmalıdır.

 

Bu günün tarixində yer almaq dünənin siyasətindən düzgün nəticə çıxarmaqdan asılıdır. Hazırda bölgədə real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Bu, həm də bölgənin geostrateji gələcəyinin inşasıdır. Ermənistanın gələcəyi də buradadır – təbii ki, İrəvanın yanaşmasından asılıdır. Ermənistanın, bir zamanlar güvəndiyi (və hələ də sığınmağa, yarınmağa çalışdığı) qüvvələrin bu gün regional proseslərə təsir etmək və bölgədə geostrateji reallıqları dəyişdirmək imkanı yoxdur. Bir vaxtlar sülh müqaviləsinin imzalanmasını gündəmə belə gətirmək istəməyən, bu məsələdən yayınmağa çalışan, qondarma status məsələsindən danışan və uydurma “Dağlıq Qarabağ” ifadəsindən istifadə edən dairələr indi tamamilə fərqli – yeni mövqe sərgiləyirlər. Onların leksikonunda nə “status”, nə də Qarabağ sözünün əvvəlinə yamaq edilmiş “Dağlıq” anlayışı var. Görünən budur ki, Azərbaycanın “münaqişə bitib, “Dağlıq Qarabağ” məfhumu yoxdur” haqlı, obyektiv yanaşması beynəlxalq miqyasda – bütün səviyyələrdə siyasi-hüquqi müstəvidə qəbul edilib. İstər üçtərəfli bəyanatlarda, istərsə də Avropa İttifaqı Şurası prezidentinin mətbuata açıqlamalarında “Dağlıq Qarabağ” ifadəsinin yer almaması, qondarma status məsələsindən bəhs olunmaması, bir müddət əvvəl Rusiya Prezidenti Vladimir Putinin münaqişənin bitməsi barədə fikirləri də bu reallığın ifadəsidir. Azərbaycan müharibənin bitməsi – yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Artıq regionda postmüharibə mərhələsidir və bölgədə geosiyasi təqvim Bakı vaxtı ilə müəyyənləşir. 44 günlük müharibədə qələbə qazanaraq 100 illik regional geosiyasi vəziyyəti dəyişdirən Azərbaycan yeni nizam yaradır.

Bu gün Azərbaycan düşmənin zaman-zaman sərhədboyu ərazilərdə mənfur təxribatlarına baxmayaraq postmünaqişə dövrünün 5 baza prinsipi əsasında sülh gündəliyini təbliğ edir və sülh prosesi istiqamətində beynəlxaq səviyyəli görüşlərdə diqtə edən tərəf kimi çıxış edir.  Bütün bunlar Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionda yaratdığı reallıqlardan doğur.

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Alagöz Namazova

Şərhlər

Şərh yazılmayıb.