Huquqaz.com

Beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi

26.10.2024
2.892
Beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi

Beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipi

Azərbaycan balanslaşdırılmış xarici siyasi kursunu son dərəcə effektli şəkildə həyata keçirir və dünya ölkələri ilə siyasi, iqtisadi, mədəni sahələrdə problemsiz əməkdaşlığı qeyd olunanların təsdiqidir. Eyni zamanda, rəsmi Bakı siyasi, iqtisadi dialoqa açıq münasibət göstərir. Dünya birliyi, mötəbər təşkilatlarla qarşılıqlı hörmət və ehtiram üzərində qurulan əməkdaşlıq ölkəmizi  beynəlxalq münasibətlərin önəmli tərəfdaşına çevirib. Azərbaycan istər Şərq və Qərb, istərsə də Şimal və Cənubla milli maraqlarını qorumaqla fəal əməkdaşlıq edir.  Bu da onu deməyə əsas gətirir ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Azərbaycan BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına dörd il uğurla sədrlik edib, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Qoşulmama Hərəkatı mühüm beynəlxalq təsisat olaraq hər bir kəsin səsinin dünya miqyasında eşidilməsinin təməl prinsipidir. Azərbaycanın sədrliyi dövründə isə Hərəkatın institusional inkişafı müşahidə olunmuşdur.  Bu məqamda vurğulamaq yerinə düşər ki, Azərbaycanın irəli sürdüyü və üzv dövlətlər tərəfindən dəstəklənmiş digər bir təşəbbüs Nyu-Yorkda Qoşulmama Hərəkatının Dəstək Ofisinin yaradılmasıdır. Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvü hesab olunurdu.

Məhz Azərbaycanın Qoşulmama Hərəkatına 4 illik sədrliyi müddətində Qoşulmama Hərəkatının beynəlxalq aləmdə nüfuzu daha da yüksəldi, onun beynəlxalq gündəlikdə duran qlobal məsələlərin həllində rolu daha da artdı. Bu  hərəkata uğurlu sədrlik təcrübəsi bu gün Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Bu nümunə deməyə əsas verir ki, Azərbaycan BRICS müstəvisində də fəal əməkdaşlıq həyata keçirəcək.

Qeyd edək ki, BRİCS təşkilatı iqtisadi bir təşkilatdır. Bu təşkilata üzv olan ölkələrə nəzər saldıqda arealının geniş olduğunu görmək olar. Hazırda 9 üzvü olan BRICS 2006-cı ildə yaradılıb. Təşkilatın builki sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıb. BRICS 2009-cu ildən bəri hər il rəsmi sammitlərdə toplaşan və çoxtərəfli siyasətləri əlaqələndirən vahid geosiyasi bloka çevrilib və dünya əhalisinin təxminən yarısını, qlobal iqtisadiyyatın 1/4-dən çoxunu təşkil edən nəhəng iqtisadi güc mərkəzidir. BRICS qlobal idarəetmənin təkmilləşdirilməsinə və daha ədalətli beynəlxalq nizamın inkişafına töhfə verir.

Bu təşkilat yarandığı gündən beynəlxalq münasibətlər sisteminin demokratikləşməsinə xidmət edir. Bununla yanaşı, ölkələrin beynəlxalq hüquq, ərazi bütövlüyü, suverenlik və bir-birinin daxili işlərinə müdaxilə etməmə prinsiplərinə sadiq qalaraq, dövlətlər arasında qarşılıqlı faydalı münasibətləri dəstəkləyir, siyasi gündəliyin yalnız bir qrup ölkə tərəfindən inhisarlaşdırılmasının qarşısını alır.

Rəşad İsmayılov- Zərdab rayon Salahlı kənd ümumi orta məktəbin direktoru

 

 

Logistika mərkəzi

Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini günü-gündən möhkəmləndirməkdədir. Azərbaycanın ikitərəfli və çoxtərəfli münasibətləri inkişaf edir, ölkəmiz beynəlxalq təşkilatlarda uğurla təmsil olunur.

Bu gün Azərbaycan beynəlxalq müstəvidə özünü etibarlı tərəfdaş kimi təsdiq edib. Eyni zamanda, ölkəmizdə həyata keçirilən uğurlu siyasət dövlətimizin əsaslarını əhəmiyyətli dərəcədə möhkəmləndirib, dinamik inkişafı şərtləndirib. Təbii ki, Azərbaycanın sürətli inkişafı, iqtisadi gücünün artması, əhalinin rifahının yüksəlməsi bir sıra digər məsələlərdə təsiredici rol oynayır. Sözsüz ki, qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Əminliklə demək olar ki, bu gün ölkəmiz dünya birliyinin tam bərabərhüquqlu üzvüdür, söz sahibi olan dövlətdir. Son bir neçə ildə Azərbaycanın əldə etdiyi uğurlar, hərtərəfli iqtisadi nailiyyətlər bizim ölkəmizi regionda güc mərkəzlərindən birinə çevirib.

Azərbaycanın yerləşdiyi coğrafi məkan, malik olduğu iqtisadi imkanlar siyasi mövqeyinin daha da möhkəmlənməsində öz sözünü deyir. Ölkəmizin iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolu göz qarşısındadır. Bu layihələr dünyanın enerji xəritəsini yenidən tərtib edir. Azərbaycanın hər dövrün çağırışlarını yüksək səviyyədə yerinə yetirməsi davamlı uğurlarında mühüm rol oynayır. Hazırkı dövrün əsas çağırışlarından biri bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılmasıdır ki, burada da ölkəmizin malik olduğu potensial, əlaqələrin qurulması istiqamətində atdığı addımlar təqdir edilir. Hər bir çağırış yeni əməkdaşlıq formatının yaradılmasına, yeni körpülərin qurulmasına yol açır. Azərbaycan Respublikası nəhəng enerji infrastrukturu yaradıb ki, bu, Avrasiyanın enerji xəritəsini dəyişdirib. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Enerji təhlükəsizliyi məsələsi əlbəttə ki, milli təhlükəsizliyə bərabər bir məsələdir.Bu faktor hətta milli təhlükəsizlik gündəliyində belə  ən başlıca yeri tutur. Beləliklə Azərbaycan öz resurslarını kifayət qədər inkişaf etdirir       Bu gün Azərbaycan özünü nəinki  karbohidrogen ehtiyatları ilə təmin edir, eyni zamanda uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna rol oynamaqdadır. Azərbaycan təkcə milli və regional səviyyədə deyil, həm də dünya enerji sistemində həlledici mövqe, transmilli enerji bazarlarında özünəməxsus yer tutur.

Zülfiyyə Əhmədova- Zərdab şəhər 3 saylı tam orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.