Huquqaz.com

Xalq və ordu birliyi

07.11.2022
2.765
Xalq və ordu birliyi

Azərbaycan xalqı 8 Noyabr-Zəfər Gününü qeyd etməyə hazırlaşır. İki il öncə noyabrın 8-də Qarabağın tacı olan Şuşa şəhərinin erməni işğalından azad olunması tariximizə Zəfər günü kimi yazıldı. Azərbaycan şanlı Zəfər üçün ötən illər ərzində böyük yol qət etdi. Prezident cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Bu hədəfə də nail olduq. Uzun illər ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaratdı. Ordu quruculuğu hər zaman dövlət siyasətinin prioritet istiqaməti olub. Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib. Nəticədə Azərbaycanın müasir, güclü ordusu yaradıldı. Bu müzəffər Ordu, qəhrəman hərbçilərimiz 44 gün ərzində erməni işğalçılarını torpaqlarımızdan qovdu. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi.

 

Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı – Bahar Qurbanova

Şərhlər

Şərh yazılmayıb.