Tarixi hadisə
Tarixi hadisə
32 il əvvəl bir az soyuq, yağışlı may günlərində Şuşanı tərk edən şuşalılar doğma şəhərlərinə elə həmin tarixdə də əbədi olaraq qayıtdılar. Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz Şuşanı düşməndən geri aldı. Müzəffər Ali Baş Komandanımız çıxışlarının birində “işimiz Şuşasız yarımçıq qalardı” demişdi və bu iş yarımçıq qalmadı.Şuşalıların bir hissəsinin Şuşaya məhz may ayının 8-də qayıtması təsadüfi deyil, simvolik məna daşıyır. 4 il öncəyə qədər 8 may xalqımız üçün matəm günü idi. Rəsmi olmasa da, bütün vətənpərvər insanlar bu qara günü ürıklərində yaşadırdırlar. Bu ildən isə 8 may şuşalıların Şuşaya qayıdışı günüdür. Həmişə də belə qeyd olunacaq. Öz al qanları ilə Şuşanın qara gününü qırmızı edən oğulların xatirəsi həmişə əziz olacaq. Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev Şuşaya qayıdan şuşalılarla bu şəhərdə görüşüb, söhbətləşərkən, qürur mənbəyimiz olan Şuşanı və işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri şücaəti haqqında danışıb. Cənab Prezidentimiz vurğuladı ki, “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”.
Həmçinin Prezident cənab İlham Əliyev şuşalılarla görüşdə deyib ki, artıq şəhərdə üçüncü yaşayış kompleksinin təməli qoyulub. “Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdu. Birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Bütün evlər gözəl memarlıq üslubunda – Şuşanın ənənəvi üslubunda inşa edilmişdir”. Həm Azərbaycanımızın, həm də Şuşamızın başı üzərindəki qara buludlar əbədi dağılıb. Əyilməz ruhumuzun rəmzi Şuşa ağ dumanlı şəhərdir, ilin çox hissəsi bu şəhərdə duman olur, təki qara bulud, dolu olmasın. Əbədi yaşamağa gəldiyimiz doğma Şuşamızda Azərbaycan Bayrağı əbədi dalğalanacaq.
Pünhan İsbəndiyarlı-Zərdab rayon Dəli Quşçu kənd sakini, fəal gənc
44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək
2020-ci il noyabrın 8-də Şuşa işğaldan azad edildi. Bu, İkinci Qarabağ müharibəsinin sonu oldu. Azərbaycan Ordusunun tarixi Zəfəri işğalı sona çatdırdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şuşaya səfəri böyük bir qürurla izlənildi. Xalq bu səfəri Vətən müharibəsində qazanılmış tarixiZəfərin davamı bildi. Şuşada keçirilən Xarıbülbül festivalı tarixin dünənlərini yenidən yaşatmaqla milli-mənəvi dəyərlərimizə sədaqət oldu. Şuşada Türkiyə ilə Azərbaycan arasında bağlanan Şuşa Bəyannaməsi Vətən müharibəsində qazanılmış tarixi Zəfərə ehtiramın qardaşlıq sənədi oldu. Vətən müharibəsi başa çatdı. Müharibənin vurduğu yaralar aradan qaldırılmalı idi. Bu, dövlət səviyyəsində həyata keçirilməyə başladı. İşğaldan azad edilmiş ərazilərdə quruculuq işləri işğalın izlərini tamamilə siləcəkdi. Şuşa qələbəsi bu ədalətli müharibənin sonlanmasında son döyüş olmuşdu, bərpa və yenidənqurma işləri də ilk olaraq Şuşadan başladı.
Prezident cənab İlham Əliyevin mayın 10-da Şuşaya səfəri də tarixi səfər oldu. Ölkə başçısı burada Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşdü. Bu görüş azərbaycançılığa sədaqət duyğuları yaşatdı, Vətənə sevgini kükrətdi, Şuşa uğrunda döyüşlərdə şəhid olanların ruhuna ehtiram hissləri doğurdu. Prezident cənab İlham Əliyev Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşdə dedi: “Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər. Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi”. Vətən müharibəsində ölkə başçısı hər gün xalqa müraciət edirdi. Bu müraciət müharibənin gedişi haqqında real informasiyalar idi. Mayın 10-da Şuşada Şuşaya köçmüş ilk sakinlərlə görüşdə dedikləri həmin müraciətlərin məntiqi davamı oldu: “44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdir. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə – bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı”. Prezident cənab İlham Əliyevin mayın 10-da Şuşaya səfəri, Şuşa şəhərinə köçmüş ilk sakinlərılə görüşü işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin vüsət aldığının təsdiqi kimi tarixləşdi.
Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab RİH yanında fəaliyyət göstərən ictimai nəzarət şurasının sədri
Antiterror əməliyyatı nəticəsində biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik
Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda məhz Ermənistan tərəfinin 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın tələblərinə etinasız yanaşması uzunmüddətli və davamlı sülhün təmin olunması istiqamətində aparılan bütün səyləri puça çevirdi. Xüsusilə Bəyanatın 4-cü bəndində qeyd olunan: “Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir…” öhdəliyi icra edilmədi. Vətən müharibəsindən ötən dövr ərzində rəsmi İrəvan Azərbaycan tərəfinin bütün səmimi sülh çağırışlarını cavabsız qoyaraq, qəbul etdiyi öhdəliklərin icrasını ləngitməyə, gələcək revanşist iddialarının gerçəkləşəcəyi ümidi ilə status-kvonu saxlamağa və beləliklə, iki ölkə arasında sülh müqaviləsinin reallaşmamasına çalışırdı. Ancaq aydın məsələ idi ki, bölgəmizdə daimi sülh və sabitliyə nail olmağın yeganə yolu məhz erməni silahlı qüvvələrinin ölkəmizin Qarabağ bölgəsindən qeyd-şərtsiz çıxarılması və qondarma rejimin buraxılması idi. Eyni zamanda, bütün xəbərdarlıqlara rəğmən, qanunsuz xunta rejiminin qorunub saxlanılması üçün maliyyələşdirmə prosesi də məhz birbaşa Ermənistan Respublikasının rəsmi dövlət büdcəsi hesabına həyata keçirilirdi. Bu baxımdan, Üçtərəfli Bəyanatın tələblərinin kobud şəkildə pozulması, qəbul edilmiş öhdəliklərin yerinə yetirilməməsi və digər bu kimi mənfi hallar yaxın gələcəkdə bölgədə yenidən hərbi əməliyyatların başlanmasını, zəruri tədbirlərin həyata keçirilməsini qaçılmaz edirdi.
Nəhayət, sentyabrın 19-u səhər saatlarında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki qanunsuz silahlı birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən terror məqsədilə ordumuzun təminat yollarının minalanması nəticəsində iki mülki şəxs və dörd polis əməkdaşımızın şəhid olması son damla olaraq ölkəmizin səbr kasasını daşırdı.
Beləliklə, sentyabrın iyirmisində 24 saatdan da az (23 saat 43 dəqiqə) müddətdə yekunlaşan “ildırımsürətli”, lokal xarakterli antiterror tədbirləri öz real nəticəsini verdi. Antiterror tədbirləri zamanı qısa müddət ərzində bütün istiqamətlər üzrə hərbi uğurlar əldə edildi. Ordumuz qəhrəmanlıq, şücaət və peşəkarlıq nümayiş etdirərək, düşmənə ağır zərbələr vurdu. Nəticədə Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələri ağ bayraq qaldıraraq silahı yerə qoyub təslim oldular. Ermənistan silahlı qüvvələrinin qanunsuz hərbi birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması və Azərbaycanın Konstitusiya quruluşunun bərpa edilməsi təmin edildi. Ümummilli Lider Heydər Əliyevin “Azərbaycan dünyaya günəş kimi doğacaqdır” kəlamı bu gün artıq tam reallaşıb. Bəli, bu müqqəddəs kəlamın məntiqi davamı olaraq bu gün ölkəmiz Ulu Öndərin siyasi xəttini layiqincə davam etdirən Prezident cənab İlham Əliyevin liderliyi sayəsində öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa edən və inkişaf edən bir dövlət kimi öz şəfəqləri ilə onu sevməyən qüvvələrin gözünü qamaşdırır. Prezident cənab İlham Əliyevin mayın 10-da Şuşaya səfəri, Şuşa şəhərinə köçmüş ilk sakinlərılə görüşü işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin vüsət aldığının təsdiqi kimi tarixləşdi.
Günel Əlizadə – Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi
Hakimiyyətə can atan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti Zəfərimizə sevinməyiblər
Şuşa şəhəri tarixən nəinki Azərbaycanın, bütövlükdə Cənubi Qafqazın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri kimi zəngin inkişaf yolu keçmiş və xalqımız üçün milli-mənəvi dəyərlər baxımından önəmli yerə malik olmuşdur. Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarolunmaz incilərindən biridir. 1992-ci ilin martından silah gücünə hakimiyyəti əllə keçirmək istəkəkləri AXCP-Musavat cütlüyünün Xalq arasında böyük uçurumun yaranmasına səbəb olmuşdu. Eyni zamanda ölkədə yaranmış hərc-mərclik mühiti, geniş şəkildə tuğyan edən özbaşınalıq halları, vahid nizami ordunun yoxluğu və ölkədə baş verən vətəndaş qarşıdurması dövlətçiliyimizin sütunlarını ciddi şəkildə sarsıdaraq, onun gələcək mövcudluğunu böyük şübhə altına almışdı. AXCP-Musavat cütlüyünün kreslo sevdalığı 1992-ci il may ayının 8-nə keçən gecə erməni hərbi birləşmələri qədim və doğma şəhərimiz olan Şuşa şəhərinə hücuma keçərək işğal etdilər. 1992-1993-cü illərdə AXCP–musavat cütlüyünün yarıtmaz idarəçiliyi nəticəsində Azərbaycanın xaosa sürükləndiyi, parçalanma, yox olma təhlükəsi ilə üz-üzə qaldığı bir dövrdə xalqımız milli dövlətçiliyi qorumaq və vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulmaq üçün Ümummilli Liderimizi Naxçıvandan Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyevin Naxçıvandan Bakıya qayıdışı xalqımızın çoxəsrlik tarixinə möhtəşəm hadisə kimi daxil oldu. 15 iyun 1993-cü il Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi həkk edildi. Ümummilli Lider qısa müddətdə ölkədə baş qaldırmış vətəndaş qarşıdurmasının, xaos və anarxiyanın qarşısını aldı, qanunun aliliyi təmin olunaraq demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, mühüm iqtisadi layihələr reallaşdırıldı, ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmləndi, bütün sahələrdə böyük uğurlar qazanıldı.
Bu gün ulu öndər Heydər Əliyev siyasi xəttinin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmiş, azadlıq və müstəqilliyimiz daimi və əbədi olmuş, ölkəmizin nüfuzu daha da artmışdır. 44 günlük Vətən müharibəsində Qalib Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu otuz ilə yaxın düşmən tapdağında inildəyən vətən torpaqlarını işğaldan azad edərək, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməyə müvəffəq oldu. Beləliklə Şuşa şəhərinin işğalçılardan azad olunduğu gün, xalqımızın qüdrətinin və milli qürurunun təntənəsi olaraq – 8 noyabr Zəfər Günü kimi əbədi tarixə düşdü. Lakin yenədə öz mənfur yolundan əl çəkməyən həmin siyasi partiyaların qalıqları Zəfərmizə sevinməyərək və öz düşmənliklərini nümayiş etdirsələrdə İxtidar-Xalq birliyi onların xain planlarını məhv etdi. Parlaq qələbəmizlə bitən 44 günlük Vətən müharibəsi də göstərdi ki, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan milli ideyalarımızın önündə gəlir. 4 il öncəyə qədər 8 may xalqımız üçün matəm günüydü. Rəsmi olmasa da, bütün vətənpərvər insanlar bu qara günün möhnətini qəlblərində daşıyırdılar. Şuşalıların bir hissəsinin Şuşaya məhz may ayının 8-də qayıtması təsadüfi deyil, simvolik məna daşıyır. Bu ildən isə 8 may şuşalıların Şuşaya qayıdışı günüdür. Həmişə də belə qeyd olunacaq.
Nağıyev Abbas –Zərdab rayon Dəli Quşçu kənd sakini, ağsaqqal
Şərh yazılmayıb.