Huquqaz.com

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar – FOTO

17.05.2024
2.468
Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar – FOTO

“İynə-iynə, Ucu düymə
Bal ballıca,Ballı keçi,
Şam ağacı,Şatır keçi.
Qoz ağacı,Qotur keçi.
Hoppan-hoppan, Yarıl-yırtıl,
Su iç qurtul.”

Görək, axırda “su içib qurtulan ” kim olacaq?!

DogruXeber.az” bildirir ki, biz Sabunçu rayon İcra Hakimiyyəti, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və Fövqəladə Hallar Nazirliyinin aylardır davam etdirdiyi bu “köhnəlmiş əyləncə”yə həm “tamaşa edirik”, həm də ictimailəşməsi üçün “informasiya dəstəyi göstəririk”. Lakin, təəssüflər olsun ki, aidiyyatı qurumların rəhbərləri belə rəhbərlik etdikləri qurumların qanunazidd fəaliyyəti barəsində məlumatlarımıza sadəcə oxucu, baş verənlərə isə “tamaşaçı”dırlar.

Onların göz yumduqları qanunsuzluqları kim aradan qaldırmalıdır ?

Sayını artıq itirdiyimiz üçün, dəqiq sayını deyə bilmirik, amma, aylardır Sabunçu rayon Sabunçu qəsəbəsində Qambay Vəzirov küçəsində, neft şirkətinə məxsus ərazidə qanunsuz olaraq, üç mərtəbəli iaşə obyektinin tikintisinin aparıldığı barəsində məlumatları yayımlamaqla bərabər, yuxarıda adlarını qeyd etdiyimiz bütün aidiyyatı dövlət qurumlarına sorğu şəklində göndərmişik.
Amma, çi fayda..

Nə rayon rəhbəri Adil Vəliyev, nə də digər qurumlar məsələyə adil yanaşmırlar ki, yanaşmırlar. Əksinə, məsuliyyəti “pas-pas topu” kimi bir-birinə ötürməklə bizi yoraraq, susdurmağa çalışdılar.

Sabunçu rayon İcra Hakimiyyəti deyir, 2023-cü ilin 30 dekabr tarixində qanunsuz olduğunu aşkar edib, tədbir görülməsi üçün Şəhərsalma və Arxitektura Komitəsinə və Fövqəladə Hallar Nazirliyinə göndərmişik.

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar  - FOTO

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar  - FOTO

Şəhərsalma deyir, “Sabunçu rayon İcra Hakimiyyətinə göndərmişik”.

Əmlak məsələləri Dövlət Xidməti deyir, “Daxili İşlər Nazirliyinə göndərmişik”.

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar  - FOTO

FHN isə deyir, “Bizə bu barədə müvafiq icra hakimiyyəti tərəfindən hər hansı məlumat daxil olmamışdır.”

Ölkə başçısının tapşırıqlarına qarşı çıxan məmurlar  - FOTO

O, zaman biz də bu “əyləncə”ni belə davam etdirək, “Ya bundadır, ya bunda…”
Görək axırda kimdə qalacaq ?!

Bəli, adlarını çəkdiyimiz bu 4 qurumun sayəsində bu gün ölkə ərazisində aidiyyatı olan-olmayan, hətta, sahibi üçün təhlükəli olan ərazilərdə belə tikintilər var.

Adil Vəliyevin bu sahədəki “həssaslığ”ını rəhbərlik etdiyi rayonun bir çox ərazilərində aparılan qanunsuz tikintilərdən anlamaq çətin deyil. Hər halda, o qədər işlərdən icra hakimiyyətinin xəbərsiz olduğunu düşünmək, tərəfimizdən “cahillik” olar.
ARXKOM rəhbəri Anar Quliyevin də laqeyd yanaşmasının səbəbi hamıya gün kimi aydındır. Mütləqdir ki, hər kəs ömründə bircə dəfə də olsa tikinti aparıb və Anar Quliyevin səlahiyyətli işçilərini razı salmağın yollarını yaxşı bilir.

Əmlak Məsələləri Dövlət Xidmətinə gəldikdə isə, adındakı “xidmət” sözünün bu quruma nə qədər yad olduğunu Şamaxı rayonunun Böyük Xınıslı, Saatlı rayonunun Mollavazlı, Cəlilabad rayonunun bir neçə kəndlərində, Xocavənd rayonunda, eləcə də Sabunçunun Kürdəxanı, Binəqədinin Xocahəsən, Qaradağın Ələt qəsəbələri, (bu siyahını böyüdə bilərik) və ümumiyyətlə ölkənin çox ərazilərində illərdir hər gün şahidi oluruq.
FHN-nin tabeliyində fəaliyyət göstərən Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun Sabunçu qəsəbəsində, Qambay Vəzirov küçəsindəki sağında aktiv neft quyusu, solunda quru qamışlıq, məişət tullantıları – bir sözlə yanğın təhlükəsinin gözlənilən olduğu üç mərtəbəli iaşə obyektinin tikintisinə bu qədər rahatlıqla göz yummasını anlamaq doğrusu çox çətindir. Çünki, burda artıq, insanların həyatından söhbət gedir.

O, iaşə obyekti ki, birinci mərtəbəsində avtoyuma məntəqəsi fəaliyyət göstərir, ikinci və üçüncü mərtəbələrinin isə mərasim evi kimi fəaliyyət göstərəcəyi deyilir.

Yeməklər bişiriləcək, çaylar hazırlanacaq…

Bəs “nefti yanında, odu özündə” olan bu qanunsuz iaşə obyektində hər hansı bir bədbəxt hadisə baş verərsə, buna görə kim məsuliyyət daşıyır?

Mövzunu davam etdirəcəyik.

Redaksiyamız hər kəsin söz haqqını tanıyır…

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.