Huquqaz.com

30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi

06.11.2022
2.148
30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi

Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Cənab Prezident İlham Əliyevin dövlət siyasətinin mütləq prioriteti olmuşdur.Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar doğma Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edib. Prezident cənab  İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanınıldı.Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi-işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması.

Vətən müharibəsində əldə olunmuş Qələbə effektiv ordu quruculuğu siyasətinin və idtisadi inkişafn nəticəsidir.Uzun illər ərzində Azərbaycan danışıqlar masasınada prinsipiallıq göstərərək,eyni zamanda, güclü ordu yaradırdı.Ordu quruculuğu hər zaman Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub.Bütün illər ərzində dövlətin büdcə xərclərinin əsasını məhz hərbi xərclər təşkil edib.Ordunun döyüş qabiliyyəti möhkəmləndi,yüksəldi, ordumuz müasir silah-sursat,texnika ilə təchiz edildi. İşğalın acı fəsadları , 1988- ci ildə başlayan Qarabağ hadisələri,erməni ideoloqlarının”dənizdən dənizə Ermənistan”adlı sərsəm ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağıdılması,on minlərlə günahsız insanın ölümü,yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir.Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdur.Bir milyondan çox azərbaycanlı 30 il ərzində qaçqın və məcburi köçkün həyatı sürməyə məcbur olmuşdur.

Zərdab rayon Bıçaqçı kənd tam orta məktəbin direktor əvəzi- Kəmalə Məmişova

Şərhlər

Şərh yazılmayıb.