Azərbaycan xalqı da Əlcəzair xalqı kimi işğaldan əziyyət çəkib
Beləki doğrudan da bu gün özünü dünyaya humanist prinsiplərə sadiq dövlət kimi göstərməyə çalışan Fransa dövləti tarixin ən qanlı faciələrindən bir neçəsini Əlcəzairdə törətmişdir.Setif və Gelma qətliamı — 8 may 1945-ci ildə Əlcəzairin Setif, Guelma və Kherrata şəhərlərində Fransa ordusunun mülki əhaliyə qarşı törətmiş olduğu qətliam. Fransa hökumətinin verdiyi rəsmi məlumatda öldürülmüş əlcəzairlilərin sayı 1200, yaralıların sayı 1500 göstərilsə də digər mənbələrdə öldürülmüş əlcəzairlilərin sayının 6000 ilə 45 000 arasında olduğu bildirilir.
Bu gün belə bir biyabırçı faktı törətmiş Fransanın işğalçı Ermənistanı dəstəkləməsi heç də təsadüfi deyil. Azərbaycan respublikası hər zaman işğaldan əziyyət çəkən xalqların haqq işini dəstəkləyir və dəstəkləyəcək.
Zərdab rayon Gəlmə kənd tam orta məktəbin direktoru-Rasif Qaçayev
Şərh yazılmayıb.