Huquqaz.com

Milli həmrəylik

25.03.2023
2.507
Milli həmrəylik

Milli həmrəylik

İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində cənab Prezidentimizin da dəfələrlə vurğuladığı kimi, bizim birlikdə güclü olmağımız önəmli rol oynadı. Başqa sözlə, Xalq–Prezident–Ordu vəhdəti ərazi bütövlüyümüzün bərpasında, torpaqla­rımızın işğaldan azad edilməsində mühüm əhəmiyyət daşıdı. Şübhəsiz ki, cənab Prezidentimizin ölkəmizə rəhbərlik etdiyi dövr ərzində müdrik rəhbərliyi ilə Azərbaycan bu qələbəyə, necə deyərlər, addım-ad­dım yaxınlaşırdı. Münaqişənin davam etdiyi illərdə cənab Prezident çox böyük uzaqgörənlik və təmkinlə həm diplomatik, həm də ordu quruculuğunda təxirəsalınmaz tədbirlər reallaşdırırdı. İştirakçısı olduğu ən yüksək beynəlxalq mərasimlərin tribuna­larından Qarabağ həqiqətlərini dünyaya bəyan edir, aparıcı dövlətlərin rəhbərlərinin diqqətinə bu bölgənin ölkəmizin əzəli torpaqğı olduğunu və işğaldan azad edilməsinin labüdlüyünü çatdırırdı. Eyni zamanda, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən müasir hərbi texnika ilə təchizatının təmin edildi.

Nəhayət həmin vaxt gəldi, ermənilərin cəbhəboyu geniş miqyaslı təxribatına qarşı Müzəffər Ali Baş Komandanın əmri ilə Şanlı ordumuz əks hücuma keçdi. Azərbaycan əsgərinin, xalqının səbrini sınağa çəkən Ermənistan unutdu ki, söhbət Vətən olduğu zaman hər bir azərbaycanlı bir hərbiçidir, bir qəhrəmandır. Vətən müharibəsi ərzində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri də erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardılar. İstər etnik, istərsə də dini mənsubiyyətindən asılı olmayaraq xalqımızın hər bir fərdi möhtəşəm həmrəylik nümayiş etdirdi, ön cəbhədə də, arxa cəbhədə sarsılmaz birlik yarandı. Bu birlik və həmrəylik haqlı olaraq tarixə “Dəmir yumruq” kimi öz adını həkk etdirdi. Sevindirici hal idi ki, ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar bu çətin tarixi dövrdə kənarda qalmadılar. Vətən müharibəsi zamanı siyasi partiyaların Ali Baş Komandan cənab İlham Əliyevə dəstək ifadə edən birgə bəyanat və müraciətlər imzalaması milli məsələlərdə ölkədə hər hansı fikir ayrılığının istisna olunduğunu sübut etdilər. Siyasi baxışlarından, ideoloji prinsiplərindən asılı olmayaraq, ölkədə fəaliyyət göstərən 52 siyasi partiyadan 50-nin birgə bəyanatı Ali Baş Komandan,  Prezident cənab İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı törətdiyi genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri dəstəklədiklərini və onun yanında olduğunu bəyan etmələri tarixi əhəmiyyət kəsb edən hadisədir və milli, siyasi birliyimizin, həmrəyliyimizin bariz nümunəsidir

Rasim Hüseynov-Zərdab rayonu Hüseynxanlı kəndi, Zərdab rayon Ağsaqqalar Şurasının sədri

Şərhlər

Şərh yazılmayıb.