Huquqaz.com

Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir

13.10.2022
2.059
Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir

Eyni soykökə, mədəniyyətə, qədim tarixi ənənələrə malik olan Azərbaycan-Qırğızıstan münasibətləri bu gün yüksələn xətlə inkişaf edir. Keyfiyyətcə yeni səviyyəyə çatan Azərbaycan-Qırğızıstan münasibətləri ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq və dostluq əsasında qurulub. Artıq strateji tərəfdaş olan Azərbaycan və Qırğızıstan yeni hədəflərə doğru birgə addımlayır. Strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Bu mənada Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlığı perspektiv inkişafın möhkəm təməlini təşkil edir.

Yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Bu gün iki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir. “İnvestisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərarın verilməsi, Azərbaycanın “Azersky” və “Azerspace-1” adlı peyklərinin Qırğızıstan üçün də xidmətlər göstərməsi iki ölkə arasındakı effektiv əməkdaşlığın konkret nümunələridir. Həmçinin nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisi də ümumi inkişafa mühüm töhfələr verəcək.

Elvin Xəlilov- Zərdab rayon Əlvənd sakini, Əlvənd kənd tam orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.