Huquqaz.com

Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq

26.10.2022
1.650
Avropa və dünya üçün əhəmiyyətli əməkdaşlıq

Azərbaycan və Gürcüstan dövlətlərini mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Qarşılıqlı hörmət və etimad üzərində qurulmuş bu əlaqələr ötən illər ərzində dinamik şəkildə inkişaf etmiş, ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşmışdır.
1996-cı il martın 8-də imzalanan “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi haqqında Müqavilə” ölkələrimiz arasında strateji tərəfdaşlığın təməlini qoyan sənəddir. Ötən dövr ərzində ali və yüksək səviyyədə çoxsaylı qarşılıqlı səfərlər baş tutmuş, indiyədək 118-dən çox sənəd imzalanmışdır. Gürcüstanın Azərbaycanda səfirliyi 1995-ci ildə, Azərbaycanın Gürcüstanda səfirliyi isə 1996-cı ildə fəaliyyətə başlayıb.
Oktyabrın 24-də Azərbaycan Prezidentinin Gürcüstana növbəti işgüzar səfəri ölkələrimiz arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradacaq.

 Zərdab rayon Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova

Şərhlər

Şərh yazılmayıb.