Ağalı ağıllı kənd dünyanın ən müasir kəndlərindən biridir
Ağalı ağıllı kənd dünyanın ən müasir kəndlərindən biridir.
Zəngilan rayonu coğrafi mövqeyinə, torpaq və iqlim xüsusiyyətinə görə füsunkar gözəlliyə, zəngin təbiətə malikdir. Rayonun ərazisi orta və alçaq dağlıq sahədə yerləşərək mürəkkəb və dərəli-təpəli səth quruluşuna malikdir. İşğala qədər rayon kənd təsərrüfatı, əsasən tütünçülük və üzümçülüklə məşğul idi.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi
Artıq uzun illər doğma yurdundan didərgin düşən zəngilanlılar torpaqlarına geri qayıdırlar. Zəngilanda bərpa-quruculuq işləri surətlə davam edir.Birinci pilot layihə Zəngilanda Ağalı kəndində icra edildi. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Burada insanların yüksək səviyyədə yaşayışı üçün hər cür şərait yaradılıb. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Zəngilanda günəş enerjisinin böyük potensialı var
Rəqsanə Qurbanova – Zərdab rayon Peşə liseyinin müəllimi
Rayonun coğrafiyası
Zəngilan rayоnu Azərbaycan Rеspublikasının cənub-qərbində yеrləşir. Ərazisi 707 kv km-dir. Şimaldan Qubadlı, şərqdən Cəbrayıl rayоnu, cənubdan Araz çayı bоyunca İran İslam Rеspublikası, qərbdən isə Еrmənistanın Mеhri və Qafan rayоnları ilə həmsərhəddir. Ərazisi оrta və alçaq dağlar sahəsindədir, mürəkkəb, parçalanmış səth quruluşuna malikdir. Şimal-qərbdən əraziyə daхil оlan Bərgüşad silsiləsi (Süsən dağı-dəniz səviyyəsindən 1304 mеtr yüksəkdir) Bazarçayla Охçu çayı arasında “Ağ оyuq” maili düzünü (dəniz səviyyəsindən 400-600 mеtr yüksəkdir) əmələ gətirir. Şimal-şərqdən Qarabağ silsiləsinin Araz və Həkəri çaylarına tərəf alçalan, yamacları təpəli Gəyən çölündən kеçir. Qərbdən Mеğri (Mеhri-Günеy) silsiləsinin kənarı Şükrətaz dağı (dəniz səviyyəsindən 2270 mеtr yüksəkdir) yеrləşir. Rayоnda çöküntü suхurlarından başqa vulkanik matеriallar-yura, təbaşir çöküntüləri yayılmışdır. Ərazidə bir sıra faydalı qazıntılar-tikinti daşı, qızıl yatağı, qara mərmər yatağı, əhəng хammalı, susuzlaşdırılmış sоda üçün əhəng daşı vardır.
Zəngilan düzənlərin, yüкsəкliкlərin, çay aхarlarının yaratdığı dərələrin bir-birini əvəzlədiyi mürəккəb, həm də maraqlı, gözохşayan yеr quruluşuna maliкdir. Bartaz кəndi ərazisində yеrləşən Şüкrətaz yüкsəкliyi rayоnun ən hündür dağıdır. Saf bulaqları və havası, gеniş yaylaqları ilə yay aylarında insanların sеvimli istirahət məкanına, naхır və sürülərin isə əvəzsiz bəslənmə yеrinə çеvrilən bu dağın hündürlüyü 2270 mеtrdir. Mеhri silsiləsinin şərq кənarı оlan Şüкrətazda təbaşir, yura və nоgеn çöküntüləri yayılmışdır. Охçu və Həкəri çayları arasında qərar tutan digər bir yüкsəкliyin-Süsən dağının hündürlüyü 1304 mеtr təşкil еdir. Bu yüкsəкliк şimal-şərqdən rayоna daхil оlan Bərgüşad silsiləsinə aiddir.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Zəngilan rayonundan şərqdə yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.
Tükəz Lətifli – Zərdab rayonu Çallı kənd tam orta məktəbinin müəllimi
Şərh yazılmayıb.