Huquqaz.com

Torpağı işğaldan azad edən şəhidin anasının dəfni üçün 300 manat pul alındı – RƏZALƏT // VİDEO

19.10.2024
2.383
Torpağı işğaldan azad edən şəhidin anasının dəfni üçün 300 manat pul alındı – RƏZALƏT // VİDEO

“Artıq, heç nə istəmirəm, mən itirdiklərimi itirdim.”
DogruXeber.az” xəbər verir ki, bu sözləri birinci vətən müharibəsində ev-eşiyini, özünün də dediyi kimi dağ boyda qəhrəman oğlunu, 32 il köhnə, lifti olmayan yataqxana binasının yeddinci mərtəbəsindəki darısqal otaqlardan birində ömrünün 32 ilini, ötən gün isə ömür-gün yoldaşını itirən Ataş kişi “Kanal14“ə müsahibəsi zamanı deyib.

Xatırladaq ki, Ataş Kərimov Cəbrayıl rayonunun Daşkəsən kəndindən olan məcburi köçkündür, eyni zamanda şəhid Elçin Kərimovun atasıdır. O, 32 ildir digər iki oğlu, qızı, həyat yoldaşı, bir gəlini və nəvələri ilə birlikdə Sabunçu rayon Sabunçu qəsəbəsində – Pedaqoji kollecin köhnə yataqxanasının yeddinci mərtəbəsində balaca bir otaqda yaşayır. Həyat yoldaşı Dilşad ana aylar öncə redaksiyamıza, açıq ürək əməliyyatı keçirdiyini, ürəyinə stend qoyulduğunu, həkimin ona hündür pilləkənlərlə çıxıb-düşməyin səhhəti üçün zərərli olduğunu bildirdiyini demişdi. Ananın ən böyük qorxusu elə o, şəraitsiz yataqxanada dünyadan köçmək idi.

“Araz aşığından, Kür topuğundan” olan məmurlar – Şəhid və əsgər ailələri yoxluq içində “qovrulur”// VİDEO

Şəhidin ailəsi və məzar daşı daha bir yeni ilə köhnə probləmlərlə girir...

Şəhid ailəsini 30 ildir eşidən yoxdur… – “Başçını tanımıram, amma deputatı televizorda görmüşəm”

“Oğlumu bu vətənə qurban verdim, amma 31 ildir kimsə qapımı tanımır” – Cəbrayıllı şəhid atasının gözünün yaşı qəzəbə dönüşdü // VİDEO + FOTO

Bəli, ürək yanğısı ilə bildiririk ki, ananın qorxduğu başına gəldi. Ötən gün o, həmin yataqxananın nəmli divarları arasında dünyaya gözünü əbədi yumdu.

Qəbir kimi bapbalaca dar otaqdan qəbristanlığa yol aldı. Ancaq, 32 ildir qapısını açıb halını soruşmayan, vətən üçün canından parça olan oğlunu qurban verməsinə rəğmən nə məcburi köçkün, nə də şəhid ailəsi kimi mənzillə təmin olunmayan, Cəbrayıl rayonunda yerli icraedici qurumlarda vəzifə kürsülərində əyləşib zəhmətsiz, əziyyətsiz yağ-bal içində yaşayan səlahiyyət sahiblərindən heç bir diqqət görməyən Dilşad ananın yas mərasimində də bir nəfər səlahiyyət sahibinə rast gəlmədik.

İstər yaşadıqları Sabunçu rayonunun sərvətləri ilə gündəm olan icra başçısı Adil Vəliyev, istərsə də, şəhid məzarları və kürəklə (lopatka) şəkil çəkdirib güya işə yaradığını göstərməyə çalışan, əslində isə bir çox Cəbrayıl sakinlərinin barəsində, “biz onu tanımırıq, sanki yoxdur belə bir adam” deyə bəhs etdikləri Kamal Həsənov bu ailəyə maddi-mənəvi dəstək nəinki göstərmədilər, heç ailənin dediyinə görə dilucu təklif də etmədilər.

Qəhrəman şəhidimizin başıdərdli ata-anasının ömrünü üzən oğul dərdi ilə yanaşı, yarıtmaz rayon rəhbərliyinin, öz mənafeyini güdən səlahiyyət sahiblərinin biganəliyi idi. Bizimlə müsahibəsi zamanı Dilşad ana ağlayaraq, “ölsəydik canımız bunlardan, bu problemlərdən qurtarardı” demişdi. Amma, zavallı ananın ağlına da gəlmədi ki, ölkəmizdə acgöz, fürsətcil səlahiyyət sahibləri bizim ölümüzdən, cansız cəsədimizdən də gəlir mənbəyi kimi istifadə etməyin yollarını çoxdan kəşf ediblər.

Ananın kürəkəni Mənsur bəyin sözlərinə görə, şəhid anasını Zabrat qəbristanlığında dəfn etmək üçün 300 manat pul ödəmək məcburiyyətində qalıblar. Doğrusu biz eşidəndə bu cür vicdansızlığa dəhşətə gəlsək də məclis iştirakçılarının hərəsinin bir tərəfdən bunun sanki adi hal olduğunu “Pul verməsən sənə qəbir verərlər? Hər yerdə belədir də” deyə ifadə etmələrinə donub qaldıq.

Üstəlik, yaşlı atanın da səhhətində ciddi problemlər olduğunu deyən və ölümlü dünyada hazırlıqlı olmaq lazım olduğunu düşünən kürəkən Mənsur bəy bildirir ki, Dilşad ananın məzarının yanından daha bir məzar yeri almaq üçün müraciət edib, bələdiyyə işçisi bunun üçün onun 600 manat ödəniş ödəməli olduğunu deyib.

Bəlkə də oxucularımız bu cümlələri oxuyanda, barəmizdə dilimizin əzbəri olan o, məşhur sözləri – “elə bil Azərbaycanda yaşamırsınız” deyəcəklər, amma onu da qeyd edək ki, bəlkə də media sahəsində olduğumuz üçün biz belə hallarla şəxsən özümüz rastlaşmamışıq.
Əgər belə bir reallıq varsa və mətbuat nümayəndəsinə qarşı xüsusilik edilib, qəbir üçün “qiymət oxunmursa” bu tutduqları qeyri-qanuni işlərin ictimailəşməsindən qorxduqlarını ifadə edir.

Yeri gəlmişkən, xatırladırıq ki, qəbristanlığa cavabdeh orqan yerli bələdiyyələrdir. Bələdiyyələri qeyri-rəsmi yollarla (seçki adı altında) təyin və himayə edənlərin isə yerli icra hakimiyyəti başçıları olduğu da kimsəyə sirr deyil.

Şəhid anasının dəfni üçün 300 manat alan bələdiyyə işçisi, təbii ki, bunun üçün bələdiyyə sədri tərəfindən xüsusi görəvləndirilmiş şəxsdir.

P.S: 
Mənsur bəyin iddiaları ilə bağlı Zabrat Bələdiyyəsinin açıqlamasını öyrənmək məqsədilə bağlı bələdiyyə sədri Nailə Nəsirova və onun müavini Hikmət Alıyevə dəfələrlə zəng etsək də dəstəyi qaldıran olmadı.

Torpağı işğaldan azad edən şəhidin anasının dəfni üçün 300 manat pul alındı - RƏZALƏT // VİDEO

Qeyd edək ki, qarşıdakı günlərdə Zabrat bələdiyyəsi və Sabunçu rayon bələdiyyəsi, həmçinin onların yerli icra hakimiyyəti ilə qarşılıqlı fəaliyyəti barəsində araşdırma yazılarımız portalımızda dərc ediləcək.

Bizi izləyin!

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

Şərhlər

Şərh yazılmayıb.