Huquqaz.com

QUBADLI RAYONU ƏN YÜKSƏK SƏVİYYƏDƏ YENİDƏN QURULUR VƏ DİRÇƏLİR!

21.10.2024
1.311
QUBADLI RAYONU ƏN YÜKSƏK SƏVİYYƏDƏ YENİDƏN QURULUR VƏ DİRÇƏLİR!

QUBADLI RAYONU ƏN YÜKSƏK SƏVİYYƏDƏ YENİDƏN QURULUR VƏ DİRÇƏLİR!

 

İşğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən 44 günlük Vətən savaşı Azərbaycan tarixinin zirvə nöqtəsi oldu. 30 illik işğala son qoyan, ərazi bütövlüyümüzü bərpa edən 44 gündə yazılan şanlı tarix Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını isə qalib xalqa çevirdi. Çünki, 44 günlük Vətən müharibasində qazandığımız Zəfər bizə milli qürurumuzu və müzəffər xalq kimi gələcəyə inamla addımlamağımızı bəxş etdi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Rəşadətli Azərbaycan Ordusunun  başlatdığı uğurlu əks-hücum əməliyyatları nəticəsində 44 gündən sonra Ermənistan məğlub olduğuna rəsmən imza atmalı oldu. Nəticədə  işğal altında olan torpaqlarımız yağı düşməndən  azad olundu. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi. 2020-ci ilin sentybarın 27-də başlanan Zəfər tariximizin 29-cu günü Qubadlının azad olunması ilə nəticələndi. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyərək qazilərimizə allahdan şəfa diləyirik.

Uzun illər  əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan qardaş və bacılarımız öz doğma yurd yerlərinə qayıdaraq rahat  yaşayacaqlar. Azərbaycanın füsunkar təbiətə malik olan yerləri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatını yaşayacaqdır. Bu gün ölkəmiz torpaqlarımızın işğaldan azad edilməsinin növbəti ildönümlərini qeyd edir. Yaşadığımız bu qürurlu anlara, tariximizin şərəfli günlərinə görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Rəşadətli Azərbaycan Ordusuna minnətdarıq. Şirin canlarını qurban verib tarix yazan oğullarımız bizim qürur yerimizdir. Qubadlının azad edilməsi Ordumuzun Vətən müharibəsində keçirdiyi ən uğurlu hərbi əməliyyatlardan biri hesab olunur. Qubadlı istiqamətində gedən döyüşlərdə düşmənin çoxlu sayda texnikasını məhv edən Ordumuz müxtəlif texnikalar ələ keçirməklə ondan sonrakı döyüşlərdə işğalçı orduya qarşı istifadə etdi. Qubadlının azad edilməsi Ordumuzun hücum əməliyyatları zolağını kifayət qədər genişləndirməsi ilə nəticələndi. Artıq Qubadlı şəhərinin, rayonun işğaldan azad edilmiş kəndlərinin müasir tələblər səviyyəsində yenidən qurulması və bərpası işləri görülür.  Qubadlı şəhəri və işğaldan azad edilən 41 kənd yenidən qurulur. İşğaldan azad edilmiş bütün şəhər və kəndlərimiz müasir dövrün tələbləri əsasında qurulur, soydaşlarımızın yüksək yaşayışının təmin edilməsi üçün zəruri olan bütün işlər görülür. “Ağıllı şəhər” və “ağıllı kənd” layihəsi əsasında  qurulan torpaqlarımız dünyanın diqqətindədir. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Eyni zamanda Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti, tarixi keçmişi, memarlıq da nəzərə alınacaq. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Eyni zamanda Baş plan ən müasir normalara uyğun olacaq və Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Baş plana əsasən, şəhərin mərkəzi hissəsində evləri, iş yerlərini, istirahət, əyləncə və mədəni fəaliyyəti, sosial obyektləri bir mühitdə cəmləyən əlverişli şəraitin yaradılması planlaşdırılır. Şəhər üzrə tikinti sıxlığı mərkəzdən kənarlara doğru azalacaq. Orta mərtəbəli çoxmənzilli yaşayış binaları və ictimai tikililər mərkəzi hissədə, daha kənarlara doğru isə azmərtəbəli binalar və həyətyanı sahələrə malik fərdi evlər yerləşdiriləcək. Düşmən tapdağından azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Qubadlıda dördzolaqlı yol strateji əhəmiyyət daşıyır. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcəkdir.

Zəngilandan Qubadlıya, Laçına çəkilən dördzolaqlı yoldan insanlar rahat istifadə edəcəklər. Ən əsası isə əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Qeyd etmək lazımdır ki, müharibənin gedişində xalq-dövlət-ordu birliyi daha da möhkəmləndi. Azərbaycan Respublikasının bütün vətəndaşları etnik, sosial, dini baxımdan bütövlük nümayiş etdirdi, ön və arxa cəbhədə mükəmməl birlik yarandı. Arxa cəbhədə olan vətəndaşlar vuruşan orduya kütləvi yardım kampaniyaları keçirir, qanvermə aksiyaları təşkil edir, həmçinin müxtəlif formalarla mənəvi dəstək olurdular. Bütün bunlara görə, Ali Baş Komandan, böyük sərkərdə, bu Qələbənin bizə yaşadan cənab İlham Əliyevə borcluyuq. Vətən uğrunda canını qurban vermiş şəhidlərimizin ruhu qarşısında baş əyirik. 30 ildən çoxdur əzablı, məşəqqətli məcburi köçkünlük həyatı yaşayan insanlarımız öz doğma yurd yerlərinə qayıdıb yaşayacaqlar. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək. Qarabağ Azərbaycandır! Yaşasın müstəqil, azad Azərbaycan!

 

 

Yeni Azərbaycan Partiyası

Saatlı rayon təşkilatının sədr müavini

Sevinc Gülüşova

Şərhlər

Şərh yazılmayıb.