Huquqaz.com

Bərpa-quruculuq işləri surətlə davam edir

19.10.2024
3.299
Bərpa-quruculuq işləri surətlə davam edir

Bərpa-quruculuq işləri surətlə davam edir.

Erməni işğalçıları Vətənimizin bu tarixi torpağının qədim abidələrini, məzarlıqlarını vəhşicəsinə dağıtmaqla əsrlər boyu türklərə olan nifrətlərini açıq şəkildə nümayiş etdirmişlər. Azərbaycan xalqı  və Müzəffər Ali Baş Komandanımız başda olmaqla igid oğullarının qəhrəmanlığı ilə ərazimizin azad olmasında məharətlə çıxış etmiş, hətta əhval-ruhiyyələrini müharibənin ilk günlərindən qələbəyə kökləmişlər. Postmüaribə dövründə Prezident cənab İlham Əliyev Zəngilan rayonuna 12 səfər etmiş, burada aparılan bütün bərpa və quruculuq işləri ilə  bilavasitə özü tanış olmuşdur. İşğaldan azad olunmuş rayonlarda icra olunan layihələr regionun sosial-iqtisadi inkişafında çox mühüm rol oynayacaqdır. Prezident cənab İlham Əliyevin səfərləri onu göstərir ki, “Böyük Qayıdış” üçün bütün mövcud potensiallar səfərbər olunub.Bəli, yenidən qurulan Zəngilan  artıq ölkə və beynəlxalq səviyyəli tədbirləri keçirilmə məkanına çevrilib. Belə ki, 2023-cü il sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan  Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində təşkil edilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumu məhz Zəngilanda keçirilib. Bu tədbirdə 53 ölkədən 200-ə yaxın xarici qonaq və ümumilikdə 400 iştirakçı iştirak edib. Həmçinin 2021-ci il oktyabrın 26-da Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan rayonunun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsinin aşılış mərasimində iştirak edib, layihə  çərçivəsində görülən işlərlə tanış olub. Hazırda burada tikinti -quruculuq işləri surətlə aparlır. Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edilib, burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin genişləndirilərək əlavə 150 fərdi ev inşa edilib. Burada məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, bütün xidmətlər – “ASAN”, “DOST”, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. 2022-ci ilin may ayından Ağalı kəndinin ilk sakinləri doğma torpaqlarında məskunlaşmağa başlayıblar. Bu gün Ağalı ağıllı kəndi dünyanın ən müasir kəndlərindən biridir. Postmüharibə dövründə Zəngilanda bir sıra logistik layihələr həyata keçirilir. Strateji əhəmiyyəti olan Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası davam edir.  Bu dəmir yolu azad edilmiş torpaqlara həm vətəndaşların gəlməsi, həm də yüklərin daşınması üçün böyük əhəmiyyətə malik olacaq. Zəngilanda inşa olunmuş hava limanı bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradıb. Buradan dəmir və avtomobil yolları da keçəcək və Naxçıvana yol açılacaq.

İsaqbağı kənd tam orta məktəbinin direktoru-Dayangül Vəliyeva.

 

 

 

“Zəngilanın azad olunmasına görə” medal.

Zəngilan təbiəti, təbii sərvətləri, faydalı qazıntıları ilə olduqca zəngindir. Rayonun mineral suları, qızıl yataqları, mərmər yataqları, çinar meşələri Zəngilanın təbii zəngiliyindən xəbər verir. Qarabağ bölgəsində yerləşən digər qədim rayonlarımız kimi Zəngilan həm də tarixi-dini, memarlıq abidələri ilə məşhurdur. Zəngilan həm İranla, həm də Ermənistanla həmsərhəd olduğu üçün həmişə ölkəmiz üçün böyük strateji əhəmiyyət daşımışdır. Çox təəssüf ki, belə mühüm strateji mövqedə yerləşən, təbbi və faydalı qazıntılarla zəngin olan rayonumuz 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmışdır. Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar tam mühasirəyə düşmüşdür, mühasirəyə baxmayaraq zəngilanlılar bütün qüvvələri ilə ermənilərlə vuruşmuş, lakin tam mühasirə şəraiti sonda Zəngilanın da işğalına səbəb olmuşdur. Rayonun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin ardından rayon əhalisi doğma torpaqlarından didərgin düşmüş, ölkəmizin digər şəhər və rayonlarında məcburi köçkün həyatına məhkum olmuşdur. Zəngilanın işğalı həm də rayonun faydalı qazıntılarının, təbii sərvətlərinin, erməni vandalları tərəfindən qanunsuz olaraq vəhşicəsinə istismar edilməsinə, təbiətə külli miqdarda ziyan vurulmasına, ağacların-meşələrin qırılması, çayların çirklənməsinə gitirib çıxarmışdır. Rayon ərazisindən axan Oxçuçayın çirkləndirilməsi tək ölkəmiz üçün yox, bütün region üçün böyük ekoloji fəlakət kimi qiymətləndirildiyindən dəfələrlə beynəlxalq platformalarda dilə gətirilmişdir. 44 günlük Vətən müharibəsinin gedişində Cəbrayıl və Füzulinin işğaldan azad edilməsi Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun hüdudlarına çatmasına şərait yaratmış və Ordumuz uğurla həyata keçirilən Arazboyu döyüş əməliyyatlarından sonra erməniləri Zəngilanda ağır məğlubiyyətə uğradaraq rayonu azad etmişdir. Zəngilanın işğaldan azad olunması ilə Azərbaycan-İran sərhədi tam bərpa edilmiş, Ordumuz cənub hissədə Ermənistanla sərhədə çıxmışdır.
Əlbəttə, bu döyüşlər və qələbələr itkisiz başa gəlməmişdir. Vətən Müharibəsi başa çatdıqdan sonra Zəngilan uğrunda gedən döyüşlərdə şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçularımız dövlət tərəfindən təltif edilmişdir. 6974 hərbi qulluqçumuz “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Müharibənin bitməsindən sonra bu günə kimi Zəngilanda təmir-bərpa, quruculuq işləri böyük sürət və keyfiyyətlə aparılır. İlk “ağılı kənd” pilot layihəsi məhz Zəngilanda icra edilib, Ağalı kəndində 200 evdən ibarət kənd salınıb və məskunlaşmağa başlanıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin və infrastruktur obyektlərinin inşa edilməsi nəzərdə tutulur. Zəngilanın nəinki ölkəmiz, bütün region üçün böyük nəqliyyat-logistik əhəmiyyəti var. Rayonda artıq hava limanının tikintisi başa çatıb. Təməli qoyulan avtomobil və dəmir yolu layihələrinin böyük strateji əhəmiyyəti var. Zəngilanı Naxçıvanla ayıran Zəngəzur dəhlizinin açılmasına nail olmaq hazırda üzərində çalışdığımız ən mühüm işlərdən biridir. Cənab Prezident Zəngəzur dəhlizinin açılması üçün böyük əmək və əzm nümayiş etdirərək hər fürsətdə, iştirak etdiyi hər beynəlxalq platformada Zəngəzur dəhlizinin açılmasının bölgə üçün əhəmiyyətini, həm iqtisadi, həm tranzit baxımından regionumuza yeni imkanlar gətirəcəyini vurğulayır.

Şıxbağı kənd tam orta məktəbinin direktoru-Sabir Əhmədov.

Şərhlər

Şərh yazılmayıb.