Huquqaz.com

1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir

24.10.2022
1.730
1993-cü ilin 31 avqust tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir

Qubadlı rayonu 14.03.1933-cü ildə yaradılmışdır. Rayonda 1 şəhər (Qubadlı) 93 kənd vardı. Sahəsi 802 kv/km, əhalisi 38,1 min (01.01.2010) nəfərdir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlı şəhərinin əhalisi 5604 nəfərdir. 30500 nəfərlik Qubadlı əhalisi 94 kənd və bir şəhərdə məskunlaşırdı. Rayonun əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olmuşdur. Qubadlı rayonu ilə Bakı arasında olan məsafə 403 kilometrdir. Qubadlı rayonu 31 avqust 1993-cü ildə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuşdur.25 oktyabr 2020-ci ildə rəşadətli Azərbaycan ordusu Qubadlı şəhərini işğaldan azad etmişdir. Qubadlı və onun ətrafında yerləşən kəndlər hələ XVIII əsrdə Qarabağ inzibati ərazisinə daxil idi. Sonralar Zəngəzur mahalına daxil olan Qubadlı 1868-ci ildə Yelizavetpol quberniyası yaranandan sonra Zəngəzurun tərkibinə daxil olmuşdur. Ermənistanın Gorus, Qafan rayonları və Zəngilan, Cəbrayıl, Laçın və Xocavənd rayonları ilə həmsərhəddir. Qubadlı şəhəri Qarabağ yaylasının cənub-şərqində, Bazar-çayın sahilində yerləşir.

Rayonun ərazisi tarixi abidələrlə zəngindir. Kiçik ölçülü yerüstü daş abidələrin çox az bir hissəsi virtual müşahidələr nəticəsində rayonun tarix-diyarşünaslıq muzeyinə gətirilmişdir. Ümumiyyətlə rayonda tarix-diyarşünaslıq muzeyində 3000-dək nadir eksponat olmuşdur. Zəngəzur ərazisində ən qədim yaşayış məskəni Qubadlı rayonunun Balahəsənli kəndində aşkar edilmişdir. Xatırladaq ki, IV əsrə aid edilən “Sığınacaq” tipli bu yaşayış yeri Daranlar deyilən ərazidə yerləşir. Qubadlıda erkən –orta əsrlər dövrünə aid Gavur dərəsində mağara –ibadədgah, Muradxanlı kəndindəki “Qalalı” qalası (V əsr), Göyqala istemkahları, Dəmirçilər kəndində iki türbə (XIV) əsr bir məscid (XIX əsr), bir “Hacıbədəl körpüsü” , yazı düzündə “Cavanşir” türbəsi (XIV əsr), Dondarlı kəndində məscid (XIX əsr) gürcülü kəndində türbə (XVII əsr), Xocamsaxlı kəndində qalacıq, Əliquluuşağı kəndində mağara-ibadətgah bulaq və kəndin yaxınlığında “Göy qala” (V əsr), “Laləzar” körpüsü (1867), Novlu kəndi yaxınlığındakı “daş adamlar”, Qaracallı kəndində “Şirəxanlar”. Əliquluuşağı kəndində “Oğuz” qəbristanlığı, qala boynundakı “Üç pilləli qəbristanlıq”, Yazı düzündə inşa edilmiş XIV əsrə aid “Sandıq” və “Qoç” qəbr daşları və s. bu qəbildəndir.
Qubadlı rayonu, Ermənistan Silahlı Qüvvələri tərəfindən 1993-cü ilin avqust ayında işğal edilmişdi. Rayon işğal edilərkən, 1 şəhər və 93 kənddən ibarət idi.
2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ Müharibəsi zamanı, rayonun şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı.Qubadlının azad edilməsi üçün aparılan hərbi əməliyyatlar zamanı Qubadlı rayonunun 1 şəhəri və 41 kəndi işğaldan azad edildi. İşğaldan azad edilən yaşayış məntəqələri.
Bu gün Qubadlı azaddır.Bəli,nə qədər qürürla söyləyirik.Tarixi torpaqlarımız düşmən təcavüzündən azad olundu .Biz bu günləri bu illər ərzində səbirsizliklə gözləmişik.Bu gün də Qubadlı da bərpa işləri davam etdirilir.Əhali öz əzəli,əbədi torpaqlarına yenidən məskən salırlar.

 

Zərdab rayon salahlı kənd ümumi orta məktəbin direktor əvəzi-Rəşad İsmayılov

Şərhlər

Şərh yazılmayıb.