Huquqaz.com

Qubadlının azad olunması şanlı tariximizin əlamətdar günlərindən biri də 25 oktyabr tarixidir

24.10.2022
1.600
Qubadlının azad olunması şanlı tariximizin əlamətdar günlərindən biri də 25 oktyabr tarixidir

Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağımızı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırdı.

Oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunduqdan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. İşğalçı Ermənistan silahlı qruplaşmaları şəhərdə güclü istehkamlar qurmuşdular. Hətta yüksəkliklər də düşmənin nəzarətində idi. Bu mənada, Qubadlını azad etmək üçün ilk növbədə, həmin yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq atəş açırdı. Ona görə də Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan ordusu yüksək peşəkarlıq və fədakarlıq göstərərək ilk olaraq şəhərə hakim olan yüksəklikləri götürdü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Sarıyataq, Mahmudlu, Padar kəndləri və strateji yüksəkliklər azad olundu. Nəhayət, oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi.

Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni daha da yaxınlaşdırdı. Azərbaycanın həmin guşələri yenidən dirçələcək, yurd yerlərimiz, işğaldan azad olunmuş ərazilərimiz yenidən qaynar həyatına dönəcək.

 

Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Rüstəmova Aliya

Şərhlər

Şərh yazılmayıb.