Huquqaz.com

Qəbul olunmuş Dövlət Proqramının müsbət nəticələri

28.07.2022
1.777
Qəbul olunmuş Dövlət Proqramının müsbət nəticələri

Qəbul olunmuş Dövlət Proqramının müsbət nəticələri

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə bağlı qəbul edilən proqramın qəbul edildiyi illər ərzində bütün sahələrdə inkişafa ,tərəqqiyə yol açdı,respublikamızın siması kökündən dəyişdi. Bu sahədə iqtisadi inkişaf strategiyasının yaradılması buna uyğun olaraq yerlərdə rəqabət xarakterli iqtisadiyyat,sosial rifah,təbii resurslardan səmərəli istifadə,ekoloji təhlükəsizlik sisteminin formalaşması regionların infrastrukturlarının yeni keyfiyyət mərhələsinə keçməsi xüsusi önəm daşıdı.Ölkədə təhsil,iqtisadiyyat,magistral yolların çəkilməsi,səhiyyə və başqa sahələrdə əsaslı dönüşlər başladı.Yüzlərlə məktəb təmir edildi,xəstəxanalar xüsusi lazımi avadanlıqlarla təchiz olundu ucqar yerlər su sistemləri ilə,qazlaşdırma ilə təmin olundu.Ökənin hər yerində abadlıq işləri aparıldı,illərlə yolu olmayan kənd və qəsəbələrə yollar çəkildi,yeni məktəblər tikildi.Yüksək standartlara cavab verən ipək yolunun genişləndirilməsi hamının ürəyincə oldu.Elə bir kənd,qəsəbə yoxdur ki poçt,rabitə,internet sistemi ilə təmin olunmasın.Aqrar sektorun melorasiya-irroqasiya və digər infrastrukturun təminatı,mədəniyyət və idman komplekslərinin inkişafı,onlara qoyulan investisiya sisteminin planlaşdırılması,bank sisteminin yenilənməsi və s.kimi həlli vacib olan məsələlər həyata keçirildi və bu gündə fəaliyyətdədir.Regionların sosial iqtisadi inkişafına dair Dövlət Proqramları uğurla həyata keçirilib və keçirilməkdədir.İndiyədək həyata keçirilən Dövlət proqramları (2004-2008,2009-2013,2014-2018)uğurla icra edilib.2019-2023-cü iləri əhatə edən Dövlət Proqramı isə hal-hazırda fəaliyyətdədir.

Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Dəmir Yumruq əməliyyatında işğaldan azad olunmuş Qarabağ torpaqlarında həyata keçirilən layihələr isə öz şərəfliliyi ilə bütün Azərbaycan xalqına qürur verir.Mənfur düşmənlərin məhv etdiyi gözəl infrastrukturun faciəli görünüşü bugün ayrı bir gözəllik verir,doğma Qarabağımızın hər bir yerinə asfaltlar çəkilir,məscidlər təmir edilir,ictimai -iaşə obyektləri işə salınır,doğma Füzuli aeroportuna eniş edir,qurudulan su qaynaqları bərpa edilir,mədəniyyət və tarixi abidələrimiz əvvəlki görkəmlərinə qayıdır.Zəngilanın Ağalı kəndinə sakinlərin qayıdışı isə bizə bir başqa sevincdir.Bu sevincləri bizə yaşadan Prezidentimizi,onun siyasətini alqışlayırıq! Gözəl,əbədi,əzəli torpaqlarımızı bizə qaytaran şəhidlərimizə Allahdan rəhmət,qazilərimizə can sağlığı arzu edirik! Dövlət Proqramının həyata keçirilməsində əməyi keçən hər kəsə təşəkkürlər! Azərbaycan candır! Qarabağ Azərbaycandır!

Şəhər 1 saylı məktəb liseyin direktor müavini- Səliqə ismayılova

Şərhlər

Şərh yazılmayıb.