Huquqaz.com

Nəticələrə hədəflənmiş əməkdaşlıq

13.10.2022
1.932
Nəticələrə hədəflənmiş əməkdaşlıq

Nəticələrə hədəflənmiş əməkdaşlıq. İki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir

Azərbaycan və qırğız xalqları tarix, dil, din və mədəni dəyərlər baxımından bir-birinə çox sıx tellərlə bağlıdırlar. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Qırğızıstandakı Azərbaycan diasporunun nümayəndələri ölkənin biznes sahəsində, iqtisadiyyatın digər sahələrində fəal iştirak edirlər. Ölkənin tanınmış cərrahları, iş adamları arasında da azərbaycanlılar çoxdur. Öz tarixi yurdlarından ayrı yaşamalarına baxmayaraq, Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra, keçmiş postsovet məkanında olan türk dövlətlərilə bu münasibətlər daha da yüksələn xətlə inkişaf etməyə başladı. Müstəqil siyasət yürüdən Azərbaycanla Qırğızıstan arasında sıx əlaqələrin yaradılması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin fəaliyyəti ilə baş tutub. Ulu Öndərin siyasi kursunun davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyev bu münasibətlərin daha da dərinləşməsinə töhfələr verir. Ölkələrimiz BMT, ATƏT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, MDB və Qoşulmama Hərəkatı kimi beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli formatda sıx qarşılıqlı fəaliyyət göstərir. Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Qırğızıstan əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə,  dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib. Azərbaycan və Qırğızıstan arasında əlaqələrin belə səviyyədə inkişafı eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Bu gün iki ölkə arasında münasibətlər daha da dərinləşir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı –Bahar Qurbanova

Şərhlər

Şərh yazılmayıb.