Huquqaz.com

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir

21.05.2022
2.084
Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir

Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi əsas prioritetdir.

 

Məqsədyönlü siyasət sayəsində özünün iqtisadi gücünü və maliyyə imkanlarını genişləndirən Azərbaycan eyni zamanda, böyük regional və qlobal əhəmiyyət daşıyan irimiqyaslı layihələrin moderatoru rolunda çıxış edir. Belə əhəmiyyətli layihələrdən biri də zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Azərbaycan qazının Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi layihəsidir. Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Hazırda Avropa İttifaqının bəzi ölkələri neftin 40 faizini respublikamızdan alır.Ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal iştirak etmək əzmindədir. Cənub Qaz Dəhlizinin icrasına 4 il bundan əvvəl Bakıda başlanıb. Cənub Qaz Dəhlizinin rəsmi açılışı 2018- ci il mayın 29- da Səngəçal terminalında olmuşdur. Dünyanın ən nəhəng karbohidrogen yatağı olan “Şahdəniz”in uğurla işləməsi və istismarı sayəsində Azərbaycan dünyada qaz ixrac edən ölkə kimi tanınıb. “Şahdəniz” yatağı Cənub qaz dəhlizinin ehtiyat mənbəyidir.Cənub qaz dəhlizinin təməli 2014-cü il sentyabrın 20-də, “Əsrin müqaviləsinin 20 illiyi qeyd olunan gün Səngəçal terminalında qoyulub. Layihə geniş beynəlxalq əməkdaşlıq şəraitində gerçəkləşib. Odur ki, dörd seqmentdən ibarət bu nəhəng layihənin uğurla həyata keçirilməsi bütün iştirakçı dövlətlərin və şirkətlərin, genişmiqyaslı işlərdə əməyi olan hər kəsin nailiyyətidir. “Cənub Qaz Dəhlizi”ndə 7 ölkə iştirak edir: Azərbaycan, Türkiyə, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Üç balkan ölkəsi Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro layihəyə qoşulmaq niyyətindədir. Dörd hissənin hər birinin özlüyündə çox böyük layihə olduğunu nəzərə alsaq, Cənub qaz dəhlizinin cəmi 6 ildə reallaşması əslində bir qələbədir.Azərbaycan qazı yeni mənbədir və “Cənub qaz dəhlizi” yeni enerji damarıdir, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan layihədir. Bu layihənin həyata keçirilməsində maraqlar balansı gözlənilib, yəni iştirak edən bütün tərəflərin maraqları təmin edilib ki, bu da çox önəmli amildir.

 

 Zərdab rayonu Əlibəyli kənd tam orta məktəbin müəllimi- Rüstəmova Aliya

Şərhlər

Şərh yazılmayıb.