Huquqaz.com

Azərbaycan dövləti postmüharibə dövründə də öz ənənələrinə sadiq qalır, sülhün, əməkdaşlığın carçısı olaraq çıxış edir

05.05.2022
2.163
Azərbaycan dövləti postmüharibə dövründə də öz ənənələrinə sadiq qalır, sülhün, əməkdaşlığın carçısı olaraq çıxış edir

Azərbaycan dövləti postmüharibə dövründə də öz ənənələrinə sadiq qalır, sülhün, əməkdaşlığın carçısı olaraq çıxış edir

Bu gün dövlətimiz öz iqtisadi gücü sayəsində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq və bərpa işləri aparır. Eyni zamanda ərazilərin minalardan təmizlənməsi işi həyata keçirilir. Bu günə qədər türkiyəli mütəxəssislər minatəmizləmə işlərində kömək edirlər, ancaq daha geniş beynəlxalq əməkdaşlığa ehtiyac var. Təəssüflər olsun ki, bu cür dəhşətli davranışa görə Ermənistana heç irad belə tutulmayıb. Hazırda tapdığımız minalar yeni basdırılanlardır və həmin ərazilər onları aşkar etmək üçün çox əlverişsizdir. Bu, bir daha onların davranışının göstəricisidir. Azərbaycan Ermənistana 10-20 gün arası vaxt verdi ki, noyabrın 10-da imzalanmış razılaşmaya əsasən tərk etməli olduqları ərazilərdən çıxsınlar. Lakin onlar bu müddəti minaların basdırılması, özlərinə məxsus olmadığı, lakin içində yaşadıqları evlərin yandırılması, ağacların kəsilməsi və digər ekoloji fəlakətlərə yol açan əməllərə sərf etdilər.
Azərbaycan dövləti postmüharibə dövründə də öz ənənələrinə sadiq qalır, sülhün, əməkdaşlığın carçısı olaraq çıxış edir. Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyi və təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, təkcə Azərbaycan və Ermənistan arasında deyil, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir.
Dərin tarixi köklərə malik Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək səviyyədə inkişaf edir. Şuşa Bəyannaməsini imzalamaqla biz Türkiyə ilə həm sözdə, həm də əməldə bir olduğumuzu bütün dünyaya bəyan etdik. Bəyannamə əməkdaşlığın mahiyyətini rəsmiləşdirdi, çünki biz onsuz da istənilən şəkildə müttəfiq idik, bütün sahələrdə, o cümlədən hərbi və müdafiə sənayesi sahəsində.
Azərbaycan Ermənistanla sülh müqaviləsinin imzalanması üçün 5 prinsip təklif edib və sonda Ermənistan hökuməti pozitiv yanaşaraq bu təklifləri qəbul edib. Bu prinsiplər Ermənistanla imzalanacaq sülh müqaviləsinin əsasını təşkil edəcək. Eyni zamanda, Ermənistan bu prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib.Əgər sülh müqaviləsi imzalanarsa və həmin təməl prinsiplər həyata keçərsə, onda Qafqazda sülh uzunmüddətli və dayanıqlı olacaqdır.

Rəmzi Şirinov- Zərdab rayonu, Dəkkəoba kənd sakini, gənc müəllim

Şərhlər

Şərh yazılmayıb.