Avropa İttifaqı ölkələri bizim əsas ticarət tərəfdaşlarımızdır
Respublikamızın Avropa İttifaqı ilə əlaqələrinin daha da möhkəmləndirilməsi xarici siyasətimizin prioritetlərindəndir. Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Avropa İttifaqı- Azərbaycan münasibətləri yarandığı dövrdən bəri ölkədə baş verən siyasi, iqtisadi, sosial proseslərdə daim Avropa İttifaqı öz töhvəsini verməyə, malik olduğu təcrübələri tətbiq etməyə çalışır. Ölkəmiz hazırda təşkilatın bir çox əməkdaşlıq proqramlarında fəal iştirak edir. Bu gün Azərbaycan 44 günlük Vətən müharibəsindəki şanlı Qələbədən sonra regionda qüdrətli geoiqtisadi güc mərkəzlərindən birinə çevrilməkdədir. Bu gün Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Avropa İttifaqı Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Həm Azərbaycan, həm Avropa İttifaqı son illərdə münasibətlərin bütün səviyyələrdə inkişaf etdirilməsində maraqlı olduğunu nümayiş etdirir. Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr tərəfdaşlıq ruhu və qarşılıqlı dəstəyə əsaslanır. Qeyd etmək lazımdır ki, Azərbaycanın əlverişli coğrafi vəziyyəti, zəngin təbii ehtiyatları ölkəmizi Avropa İttifaqı üçün maraqlı edir. Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri əsas etibarilə müxtəlif proqramlar çərçivəsində həyata keçirilir
Zərdab rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Kamal Xəlilov
Şərh yazılmayıb.