Huquqaz.com

Şuşa Bəyannaməsi tarixi anlaşmadır

16.06.2023
1.959
Şuşa Bəyannaməsi tarixi anlaşmadır

Şuşa Bəyannaməsi tarixi anlaşmadır

2021-ci il 15 iyun tarixində Azərbaycanla qardaş Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması tarixi bir hadisədir. Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyənin qardaşlığını dünyaya bəyan edən bir mesajdır. İki qardaş ölkə arasında mövcud olan yüksək münasibətlər keyfiyyət və məzmun baxımından yeni bir mərhələyə yüksəldi. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoymaqla yanaşı daha geniş spektorda əlaqələrin inkişafına təkan verir.

Hər iki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır.

Şuşa Bəyannaməsi – qardaşlığın yeni tarixi mərhələsi hesab edilir. Çünki bu Bəyannamənin imzalanması ilə hər iki qardaş ölkə arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafı təmin edilir. Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün əməkdaşlıq sahələrini əhatə edir. Azərbaycan və Türkiyə  dövlətləri arasında müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələrə əsaslanır. Həmçinin Şuşa Bəyannaməsi inkişafa və inteqrasiyaya yeni və əhatəli sülhə yol açır.

Şuşa Bəyannaməsi bölgədə uyğunlaşma proseslərini stimullaşdırır.  Bəyannamənin iqtisadi əhəmiyyəti də olduqca böyükdür. Bu azad edilmiş ərazilərə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıracaq.

Şuşa Bəyannaməsinin imzalanması Azərbaycan Respublikası üçün mühüm nailiyyətlərindən biridir.

Nurcahan Mürşüdova-Zərdab rayon Gödəkqobu kənd körpələr evi-uşaq bağçasının müdiri

 

İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır

Orta Dəhliz 2014-cü ilin fevral ayında Azərbaycan,  Qazaxıstan və Gürcüstanın müvafiq strukturlarının iştirakı ilə yaradılıb. Sonrakı illərdə layihə genişlənib və iştirakçıların  sayı Ukrayna, Rumıniya və Polşa kimi dövlətlərin hesabına genişlənib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat  marşrutdur.

Orta Dəhlizin bir sıra önəmli üstünlüklərini sadalamaq mümkündür. İlk növbədə, bütün marşrut boyunca vahid tarif, “bir pəncərə” prinsipi tətbiq olunur. Bu kimi amillər, həmçinin dəhlizin keçdiyi ölkələrdə təhlükəsizliyin təmin olunması Avropada və Asiyada ölkələrin və daşıma şirkətlərinin diqqətini Orta Dəhlizə yönəldir. Qlobal miqyasda Orta Dəhlizə marağın artmasında, heç şübhəsiz ki, Azərbaycan müstəsna rola malikdir.

Azərbaycan Respublikası Transxəzər marşrutu üzrə ən önəmli halqalardan birini təşkil edir.  Uzunmüddətli siyasi sabitlik, mükəmməl qanunvericilik bazası, təhlükəsizliyə verilən zəmanətlər, optimal qiymətlər, keçid prosedurlarının sadəliyi, məsafənin qısalığı, relyefin əsasən düzən olması və s. Amillər transmilli şirkətlərin ölkəmizə marağını artıran səbəblər sırasında yer alır.

İndiki geosiyasi şəraitdə Orta Dəhlizin önəmi daha da artır. Azərbaycan üzərindən, yəni, Xəzər dənizi üzərindən gedən yüklərin həcmi ildən-ilə artmaqdadır və daha da artacaq. Bakı Dəniz Limanının imkanlarını 25 milyon tona qədər genişlənməsi nəzərdə tutulur. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirib çıxarılır.

Nurlu Mikayılova- Zərdab rayon Məlikli kənd körpələr evi-uşaq bağçasının müdiri

 

Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək.

Şanlı Azərbaycan Ordusu 44 günlük müharibədə, başda Ali Baş Komandan, Prezident İlham Əliyev olmaqla, xalqın birliyi və dəstəyi ilə müharibədə qələbə qazanaraq işğalçı qüvvələri darmadağın etdi. 44 günlük müharibə Azərbaycan Ordusunun bundan sonra hansı prioritetlərə üstünlük verəcəyini,  öz inkişaf yolunu necə müəyyənləşdirəcəyini bir daha ortaya qoydu.

Cənab Prezident,Ali Baş Komandan İlham Əliyev artıq ordumuzun əsas istiqamətini müəyyənləşdirib və qardaş Türkiyə Ordusunun modelini seçib. Türkiyənin Silahlı Qüvvələri və ordusu böyük təcrübəyə malik, NATO-nun və dünyanın ən güclü ordularından sayılır.

Müasir hərb elminin inkişafında silahlı qüvvələrimizin qazandığı təcrübə izlənilir, öyrənilir. Azərbaycan məhz o təcrübədən irəli gələrək aparılacaq islahatların  hansı istiqamətdə inkişaf etdirilməsi ilə bağlı təhlillər aparılır. Azərbaycan Respublikası ordu quruculuğu sahəsində həmişə Türkiyə Ordusunun təcrübəsindən faydalanıb. Azərbaycanın hərbi təhsil məktəbləri Türkiyə hərbi kadrlarının hazırlıq proqramına yaxındır. Bununla belə, Azərbaycan Ordusunun inkişafı Türkiyə modelinə uyğun olsa da, yeni model ölkəmizin xüsusiyyətlərinə, verilən tapşırıqlara müvafiq olaraq qurulur. Bundan sonra da müharibə təcrübəsindən irəli gələrək Azərbaycan Respublikasında ordu quruculuğu geniş aspektdə inkişaf edəcək.

Şuşa Bəyannaməsi Azərbaycan Ordusu ilə Türkiyə Ordusunun bir millət iki dövlət prinsipi ilə inkişaf etməsini, gələcəkdə bütün hüququ sənədlərin  bazasının qurulmasını nəzərə alaraq hər iki dövlətin bir-birinin marağında iştirak etməsinə yol açıb. İki  qardaş ölkənin orduları birgə fəaliyyət göstərib birgə tapşırıqlar yerinə yetirib, hədəflərə çatmaq üçün birgə təlimlər keçirirlər. Bu ölkələrin hərbi modelləri bir-birinə yaxın olmalıdır ki, tapşırıqları yerinə yetirə bilsinlər. Silahlı Qüvvələrimizin Türkiyənin ordu modelinə uyğun qurulması uğurla yerinə yetirilir və bundan sonra da bu istiqamətdə lazım olan işlər aparılacaq.

Səbinə Məhəmmədli- Zərdab rayon Böyük Dəkkə kənd körpələr evi -uşaq bağçasının müdiri

 

 

 Zəngəzur dəhlizinin açılması qaçılmazdır

Zəngəzur dəhlizinin açılması nəinki Azərbaycanda, bütün  türk dünyasında  yeni bir mərhələnin başlanğıcını qoyacaq, Avropa ilə Asiyanı bağlayacaq əsas xətt türk dünyası arasında yaranmış  körpü olacaq. BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev demişdir ki, “sülh və əməkdaşlığa xidmət edən sahələrdən  biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək , Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır”.

Ümumilikdə nəzər salsaq bir daha aydın olar ki, Zəngəzur dəhlizi Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq . Zəngəzur dəhlizindən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda, digər ölkələr üçün  də əlavə imkanlar yaradacaq.  Bu yol bütovlükdə regionun siyasi, iqtisadi mənzərəsini dəyişəcək ,regionda inteqrasiyanı təmin edəcək  və iqtisadi baxımdan bu yoldan istifadə edən  bütün tərəflərə real iqtisadi  uğurlar gətirəcək. Tarixi Azərbaycan ərazisi olan Zəngəzurdan keçəcək kommunikasiyalar bölgənin tranzit xəritəsində mühüm yeniliklər yaradacaq.

Rusiya, Çin, İran, Avropa İttifaqı və digər ölkələr üçün də regionda yeni nəqliyyat imkanlarının yaradılması baxımından strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi effektiv nəqliyyat infrastrukturu olmaqla, xarici şirkətlərin regiona sərmayə yatırmaq istəklərini də əhəmiyyətli dərəcədə artıracağı gözlənilir. Dəhlizin istifadəyə verilməsi türk dünyasının ümumi daxili məhsulunun həcminin artmasına səbəb olacaqdır.

Zəngəzur dəhlizinin reallaşması regional nəqliyyat şəbəkələrinin genişlənməsinə səbəb olacaq və bölgə ölkələri arasında qarşılıqlı iqtisadi əlaqələri stimullaşdıracaq. Bu dəhliz, həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq.

Aygün Mirzəyeva- Zərdab rayon Qoruqbağı kənd körpələr evi -uşaq bağçasının müdiri

 

Ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır və gələcəkdə daha da artacaq.

Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Xalqlarımızın yaxşı gündə də, pis gündə də bir-birinə dayaq olması, yardım əlini uzatması, əlbəttə ki, Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyəsini, möhkəm əlaqələrinin sarsılmaz xarakterini bir daha təsdiqləyir.

Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinin, birliyinin yeni istiqamətlər üzrə inkişafı bu gün dünyanın diqqət mərkəzindədir. Müttəfiqlik nümunəsi göstərən, yeni geosiyasi və geoiqtisadi münasibətlərin başlanğıcını qoyan Azərbaycan və Türkiyə yeni hədəflərə birgə addımlayır. Bu gün Azərbaycan – Türkiyə əlaqələri indiyə qədər tarixdə rast gəlinməyən və indinin özündə də başqa ölkələrin nümunəsində görünməyən bir mərhələyə çatıb. Tarixi qardaşlıq əlaqələrinin sürətli inkişafında, yeni və ən üst səviyyəyə daşınmasında hər iki dövlətin prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın əsl dostluq, qardaşlıq münasibətlərinin rolu danılmazdır.

Bu gün Türkiyə ərazisindən Avropa ölkələrinə Azərbaycanın qaz ixracı artmaqdadır. Enerji sahəsində bu proses təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.

Hazırda iki dövlət arasında ticarət dövriyyəsi sürətlə artır və artıq 6 milyard dollara yaxınlaşıbdır. Yaxın gələcəkdə bu rəqəm daha da artacaq. Xüsusilə enerji sahəsində birgə həyata keçirilən layihələr bunu təmin edəcəkdir.

Mətanət Ağayeva- Zərdab rayon Əlibəyli kənd körpələr evi-uşaq bağçasının müdiri

Şərhlər

Şərh yazılmayıb.