Huquqaz.com

Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır

21.01.2023
2.150
Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır

Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır.

Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev  yanvarın 17-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfərə gəlib. Bu ilki forumda dünyanın 130-dan çox ölkəsindən ümumilikdə 2700-dən çox nüfuzlu şəxs, o cümlədən 52 dövlət və hökumət başçısı iştirak edir. Bu da forumun beynəlxalq aləmdə bu toplantının nüfuzunun göstəricisidir.

Forum çərçivəsində ölkə başçısı bir sıra ölkələrin prezidentləri, eləcə də dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə görüşlər keçirərək qarşılıqlı əməkdaşlığa dair müzakirələr aparıb, Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş məzmunlu müsahibə verib və həm də yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edərək iclasın moderatorunun suallarını cavablandırıb

Prezident cənab İlham Əliyev Azərbaycanın son 10 il ərzində Xəzər dənizində yükaşırma qabiliyyəti 15 milyon ton olan və 25 milyon tona qədər artıracağı planlaşdırılan ən böyük ticarət limanlarından birinə sahib olduğunu bildirdi. Ölkənin əsasən dəmir yolu infrastrukturuna investisiya yatırdığını, bu dəmir yolunu Bakıdan qərb istiqamətində genişləndirmək üçün əlavə sərmayə yatırıldığını vurğuladı.

Cənab Prezident İlham Əliyev Azərbaycanın dövlət siyasətinin hər zaman, sözün əsl mənasında, əməkdaşlığa əsaslandığını, yalnız əməkdaşlıq sayəsində uğur qazanıla biləcəyiniqyd etdi. “Nə qədər çox versəniz, nə qədər çox yardım etsəniz, bir o qədər çox əldə edəcəksiniz. Dünya bunun üzərində qurulub”. Ölkə Başçısı misal olaraq Azərbaycanın artıq dördüncü ildir  Qoşulmama Hərəkatına sədrlik etməsidir. Azərbaycan könüllü, hər hansı təmənna güdmədən pandemiya dövründə 80-dən artıq ölkəyə tibbi, humanitar və maliyyə dəstəyi göstərmişik. Cənab Prezident 1990-cı illərin əvvəllərində ölkəmizin köməyə ehtiyacı olduğunu, ölkəmizin bir çox iqtisadi və sosial problemlərlə üzləşdiyini, bu səbəbdən də, kasıblığın nə olduğunu yaxşı bildiyimiz üçün kömək əlimizi uzatdığımızı vurğuladı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev şəxsi siyasi mövqeyi və prinsipləri barədə demişdir: “Siyasi həyatımda heç vaxt olmayıb ki, mən söz verim və arxasında dayanmayım. Verdiyim bütün sözlər yerinə yetirilib. Digər tərəfdən, mən çox söz vermirəm, çünki nəticəni nümayiş etdirməyi üstün tuturam”.

Zərdab Gənclər evi Sosial Xidmət Müəssisəsinin metodisti –Mecidli Cəlal

Şərhlər

Şərh yazılmayıb.