Huquqaz.com

Azərbaycanın növbəti diplomatik qələbəsi

10.10.2022
2.138
Azərbaycanın növbəti diplomatik qələbəsi

Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması böyük diplomatik qələbədir.

Avropa İttifaqının Prezidenti Şarl Mişelin və Çexiyanın Baş nazirinin dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin Praqada səfəri çərçivəsində eyni zamanda mühüm görüşlər keçirildi. Birincisi xüsusi olaraq qeyd etmək lazımdır ki, dördtərəfli Aİ Prezidenti, Fransa Prezidenti və Ermənistan arasında keçirilən görüş və həmin görüşün 2 hissədən ibarət olmaqla 5 saatdan çox davam etməsi burada vacib və gərkin müzakirələrin aparılmasının vacib göstəricisidir. Xüsusi qeyd etmək lazımdır ki, burada Fransanın da iştirakı Ermənistana sanki əlavə güc-stimul verirdi. Biz yaxşı bilirik ki, Fransa ənənəvi ermənipərəst siyasətini, erməni tərəfdən çıxışını görürük. Ermənistana Fransa hər zaman açıq dəstəyini nümayiş etdirir. Belə olan halda Praqada keçirilən dördtərəfli görüşdə müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək əvvəldən mümkün idi. Paşinyan əlbəttə ki, Fransanın iştirak etdiyi görüşdə özünü çox qətiyyətli hiss edirdi. Dünən keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbəti dəfə qətiyyətli və prinsipial mövqe nümayiş etdirdi və hər hansısa kənar müdaxilənin qarşısı qətiyyətlə alındı. Həmçinin Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması böyük diplomatik qələbədir.

 

 

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı – Nicat Əhmədzadə

Şərhlər

Şərh yazılmayıb.