” Biz hamımız Azərbaycanlıyıq , hamımız bir millətik, hamımızın bir dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladıyıq “

” Biz hamımız Azərbaycanlıyıq , hamımız bir millətik, hamımızın bir dilimiz var, hamımız bir dinə mənsubuq, hamımız bir millətin övladıyıq ”
Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının dövlətçilik tarixində əvəzsiz xidmətləri olan dahi bir şəxsiyyətdir. SSRi kimi nəhəng bir dövlətin rəhbər simalarından biri olan H.Əliyev Azərbaycanın müstəqillik əldə etməsindən sonra dilindən , dinindən və milli – mənəvi dəyərlərindən asılı olmayaraq dövlətçilik ənənələrini formalaşdırılmasında mühüm işlər görmüşdür. Azərbaycançılıq ideologiyasnın mühüm elementlərinin inkişaf etdirilməsində əvəzsiz işlər görməklə tarixə düşmüşdür. “Azərbaycançılıq” termininin yaranmasında əsas ideologiya ölkədə yaşayan müxtəlif etnik qrupları və xalqları dövlətin ümumi mənafeyi ətrafında birləşdirmək olmuşdur. Bu terminin işlədilməsi əsasən sovetlər birliyindən sonra rast gəlinsə də daha əvvəllərdən ölkədə yaşayan müxtəlif xalqların ( türk, talış, ləzgi, avar. tat, udin və s. ) fərqli mədəniyyətləri və adət- ənənələrini qoruyub saxlayaraq birgə inkişaf etdirmək baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Ulu öndərin 1969 – 1982 – ci illərdə Azərbaycanda rəhbərliyi dövründə azərbaycan dilinin əhəmiyyəti artmış, ana dilinə olan diqqət və qayğı özünü bariz şəkildə göstərməyə başlamışdı. Həmin dövrdə yüzlərcə azərbaycanlı gəncin sovet ittifaqının ən nüfuzlu ali təhsil müəssisələrinə göndərilməsi, xalq təsərrüfatının intensiv inkişafı , mədəniyyət ocaqlarının yaradılması, təhsilin inkişaf etdirilməsi və onun maddi – texniki bazasının möhkəmləndirilməsi sürətlə gedirdi.Ulu öndərin siyasətinin ana xəttini Azərbaycanın gələcəyi, milli dövlətçilik düşüncəsi təşkil edirdi. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra da ölkəmizdə azərbaycançılıq ənənəsinin formalaşmasının əsası məhz ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu günə qədər ulu öndərin ideyalarının laiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Azərbaycan 1991 -ci ildə müstəqillik əldə etdikdən sonar azərbaycançılıq ideologiyasının davam etdirilməsində əsas məqsəd ölkədə yaşayan etnik qrup və xalqları müllətçilik və separatçılıq ideyalarından arındıraraq dövlətçiliyimizi qorumaq və inkişaf etdirməkdən ibarət idi . Ötən illər ərzində Azərbaycan xalqı ümümmilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinə sadiq qalmış və onu inkişaf etdirmişdir .
Feyzullayev Kamil Bəxtiyar oğlu
Saatlı rayon İ. Ağayev adına Nabatkənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi
Şərh yazılmayıb.