Huquqaz.com

Praqada keçirilən qeyri-rəsmi və rəsmi görüşlərdən çəkilmiş şəkillər də çox mənaları özündə əks etdirirdi

10.10.2022
4.112
Praqada keçirilən qeyri-rəsmi və rəsmi görüşlərdən çəkilmiş şəkillər də çox mənaları özündə əks etdirirdi

Prezident İlham Əliyev dəfələrlə  bəyan etmişdi ki, biz qələbəni hərbi-siyasi yollarla təmin edirik. 6 oktyabrda Praqada keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində ölkə başçımızın iştirakı ilə keçirilmiş görüşlər və bu görüşlərin yekun nəticəsi siyasi-diplomatik yolla imza atdığımız növbəti qələbəmizdir. Bu görüşlər bundan əvvəlki görüşlərdən forma və məzmunca fərqlənirdi. Çünki, Ermənistanın baş naziri Nikol Paşinyan Praqa görüşünə əvvəlcədən hazırlaşmışdı və Fransa Prezidenti Emmanuel Makronla Azərbaycana qəbul etdirmək üçün xüsusi planla gəlmişdi. Amma dövlət başçımızın siyasi proseslərə beynəlxalq hüquq müstəvisində yanaşması və xalqımızın milli maraqlarını hər şeydən üstün tutaraq müzakirələr qoşulması son nəticədə sülh müqaviləsinin imzalanmasına yeni bir impuls verməsinə yol açdı. Təbii ki, danışıqlar 5 saatdan çox çəkmiş və geniş  fikir mübadiləsi ilə davam etmişdir. Onu da qeyd etmək istəyirəm ki, Praqada keçirilən qeyri-rəsmi və rəsmi görüşlərdən çəkilmiş şəkillər də çox mənaları özündə əks etdirirdi. Türkiyə Prezidenti Rəcəb Tayyıb Ərdoğanın yanımızda olması və Prezident İlham Əliyevin qətiyyəti sayəsində görüşlər müsbət nəticələndirildi.  Açıqlanan yekun bəyannamədə Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq etdilər, bu bəyannamə vasitəsilə hər iki tərəf bir-birinin ərazi bütövlüyünü və suverenliyini  tanınması elan olundu və bu da əlbətdə ki, Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınması deməkdir. Digər bir nəticə  Avropa İttifaqı Ermənistana öz mülkü missiyasını göndərəcək və orda 2 ay fəaliyyət göstərəcəkdir. Fransa çalışırdı ki, bu misiyanı öz iştirakı ilə həyata keçirsin və birtərəfli qaydada ölkəmizə qarşı mənfi rəy hazırlansın. Prezident İlham Əliiyevin qətiyyəti sayəsində bunun qarşısı alındı və Ermənistana göndəriləcək Ai-nın mülkü misiyası sərhəd monitorinqi aparacaq və lazım gələrsə Azərbaycan da bu komisiyaya öz dəstəyini göstərəcəkdir.  Görüşün müsbət nəticələrindən biri də sərhədlərin delimitasiyası və demarkasiyası komisiyasının və sülh müaviləsinin hazırlanması üçün işçi qrupların fəaliyyət göstərilməsi vaxtlarının və müddətlərinin müəyyən olunmasıdır. Hətta qərara alındı ki, sülh müqaviləsi üzərində işləyəcək işçi qruplar bir gün ərzində görüş keçirməklə kfayətlənməməli, həm də bir neçə gündə bir yerdə işləyərək məsələləri uyğunlaşdırmalı və konkret nəticəni ortaya qoymalıdırlar. Belə olarsa ilin sonuna qədər sülh müqaviləsinin imzalanması reallaşa bilər və Cənubi Qafqaza, regiona uzun müddətli sülh gələ bilər. Amma proseslərin necə davam edəcəyi isə Ermənistanın özünü necə aparmasından asıllı olacaqdır. Onlar yaddan çıxarmamalıdırlar  ki, Dəmir Yumruq yerindədir.

 

Gülnaz Məmmədova – Zərdab Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı

Şərhlər

Şərh yazılmayıb.