Azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş ilk siyasi-hüquqi qiymət
Azərbaycanlılara qarşı törədilmiş soyqırımına dair Ulu Öndər Heydər Əliyev tərəfindən verilmiş ilk siyasi-hüquqi qiymət
Ermənilərin tarixi ərazilərimizdə həyata keçirdiyi məqsədyönlü soyqırımı siyasətinə ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Ulu Öndərimiz Azərbaycan tarixinin araşdırılması və tarixi faktlara düzgün qiymət verilməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalayıb. İlk dəfə olaraq 1998-ci ildə dahi rəhbərin imzaladığı fərmana əsasən, 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Elə həmin vaxtdan da bu gün dövlət səviyyəsində qeyd olunur, bütün kollektivlərdə, idarə və təşkilatlarda, təhsil müəssisələrində, həmçinin ölkəmizin xarici dövlətlərdə akkreditə olunmuş səfirliklərində və diaspor qurumlarında anım mərasimləri keçirilir. “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”, – deyən Ulu Öndər tövsiyə edirdi ki, bu hadisələrin, yəni, ermənilərin torpaqlarımızda törətdiyi vəhşiliklərin cəmiyyətdə təbliğ edilməsi, kütləvi nəşrlərdə və informasiya vasitələrində bu hadisələr barədə geniş məlumat verilməsi gənc nəslin vətənpərvərlik, düşmənə sonsuz nifrət ruhunda tərbiyə edilməsində az rol oynamır.
Ulu Öndər siyasi kurs hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il mart hadisələrinin ildönümü ölkəmizin hər yerində qeyd edildi. Bu məqsədlə çoxsaylı elmi konfranslar, tarixi mövzuda tədbirlər keçirildi. Xüsusən cənab Prezidentimiz tərəfindən “Azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” tarixi bir sərəncam imzalandıqdan sonra nəinki ölkəmizdə, habelə dünyanın bir sıra dövlətlərində soyqırımı həqiqətlərinin təbliği baxımından mühüm işlər görüldü. Ermənilərin törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna xidmətləri vardır.
Nicat Məmmədli- Zərdab şəhər sakini, “Rayon Mərkəzi Xəstəxanası” PHŞ əməkdaşı
Şərh yazılmayıb.