Huquqaz.com

Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir

06.05.2022
1.974
Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir

Zəngilan rayonunda böyük infrastruktur layihələri icra edilir

İşğal dövründə Ermənistan rəhbərliyi Ermənistandan Cəbrayıla yol çəkmək istəyirdi. Həmin bu yol Zəngilandan keçməli idi. Onların bu ümidləri və ümumiyyətlə, bütün ümidləri gözlərində qaldı. Əlbəttəki 44 günlük müharibə günlərində dillər əzbəri olmuş “Nə oldu, Paşinyan, Cəbrayıla yol çəkirdin?” sözlərini məmnuniyyətlə xatırladı. Belə ki, Ermənistandan Qarabağa sayca üçüncü yolun çəkilişi ilə bağlı xəbərlər vaxtilə az qalırdı ki, bizi toplum olaraq dəli etsin. Hamılıqla narahat idik. Yolların çəkilişi işğalın əbədiliyinə hesablanmışdı. Arzuları, ölkə başçımızın dediyi kimi, gözlərində qaldı və indi biz yollar çəkirik, özü də necə yollar. Təbii ki, təkcə Zəngilanla məhdudlaşmır bu işlər. Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir. Kəndlər planlı şəkildə bərpa ediləcək. Hər bir yeni yaradılacaq, bərpa ediləcək kəndin baş planı olmalıdır və baş planlar hazırda hazırlanır. Ancaq sistemli şəkildə, qaydalara əməl olunmaqla. Necə ki, dövlət başçısı məxsusi qeyd etdi: Zəngilandan Qubadlıya və Qubadlıdan Laçına bir çox zolaqdan ibarət yol çəkilir. Bu yol Şərqi Zəngəzur iqtisadi rayonundakı rayonlar arasında birləşməni təmin edəcək. Horadizdən Ağbəndə gedən dəmir yolunun inşası sürətlə aparılır. Bu dəmir yolu həm vətəndaşlar üçün, həm də beynəlxalq yükgöndərənlər üçün çox əlverişli bir infrastruktur olacaq.

Şərqi Zəngəzurun mühüm bir parçası olan Zəngilanda görüləcək əlavə tədbirlər nəticəsində idxaldan asılılıq böyük dərəcədə azalacaq.  Azərbaycanın qeyri-neft sektoru üçün önəmli gəlir mənbəyi olan Zəngilan rayonunda böyük turizm potensialı vardır. Gözəl meşələr, dağlar, bulaqlar, çaylar və beynəlxalq hava limanı, dəmir yolu, avtomobil yolları bütün bunlar böyük bir sərvət olacaq. Zəngilan rayonunun turizm potensialı, əlbəttə ki, digər rayonlarda yaradılacaq turizm imkanları ilə də uzlaşdırılmalıdır. Otellər, istirahət zonaları yaradılmalı, kənd turizmi inkişaf etdirilməlidir. Bu, oraya qayıdacaq insanlar üçün də məşğulluq və gəlir mənbəyi olacaqdır.

Elvin Xəlilov-Zərdab rayonu, Əlvənd kənd tam orta məktəbin direktoru

Şərhlər

Şərh yazılmayıb.