Huquqaz.com

Bizim hər hansı vasitəçiliyə artıq ehtiyacımız yoxdur

08.10.2022
2.320
Bizim hər hansı vasitəçiliyə artıq  ehtiyacımız yoxdur

6 oktyabr 2022-ci ildə Praqada kifayət qədər ciddi bir tarixi hadisə yaşandığını, Azərbaycan-Ermənistan, eləcə də Türkiyə-Ermənistan münasibətlərinə, Cənubi Qafqaz proseslərinə dair yeni bir mərhələnin əsasının qoyulduğunu söyləyə bilərik.İkinci Qarabağ Savaşından – 10 noyabr Üçtərəfli Bəyanatın imzalamasından sonra – postmüharibə dövründə Azərbaycan və Ermənistan rəhbərləri arasında bır neçə dəfə görüşlər baş tutub. Həm Brüsseldə, həm də Rusiyada aparılan müzakirələrdə müəyyən irəliləyişlər, pozitiv çalarlar olsa da, Ermənistanın təxribatları səbəbindən sülh, sərhədlərin müəyyənləşməsi, bölgədə kommunikasiyaların açılması, əməkdaşlıqla bağlı konkret bir nəticə əldə olunmayıb.

Avqust-sentyabr aylarında sülh müqaviləsi haqqında nikbin rəylər vardı, onu da Ermənistan 12-14 sentyabr təxribatlarını törətməklə darmadağın etmiş oldu. Bu hadisələrdə Ermənistan həmçinin, Azərbaycanın növbəti möhkəm şilləsinin acısını daddı. “Təcavüz” iddiaları da baş tutmadı, bəzi dövlətlər, təşkilatlar Azərbaycana qarşı qərəzli davranış göstərsələr də, dünyanın əsas, həlledici mərkəzləri Ermənistanın hiyləsini anladı, fitvaya getmədilər.

Normalda ermənilər bundan sonra o qənaətə gəlməli idilər ki, Azərbaycanla hesablaşmaqdan, Türkiyə ilə münasibətləri normallaşdırmaqdan başqa heç bir çıxış yolları yoxdur.Bu ərəfədə Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı mühüm bir fürsət kimi dəyərləndirilməlidir.

Qısa xatırlatma edək ki, oktyabrın 6-da Prezidentimiz cənab  İlham Əliyev bu tədbir çərçivəsində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşdü. Prezident İlham Əliyev Şarl Mişelə vasitəçilik missiyasına görə təşəkkürünü bildirib. Dövlət başçısı Azərbaycanın Brüssel formatını dəstəklədiyini qeyd edib. Bu, Azərbaycanın sülhdə nə qədər maraqlı olmasına dair xüsusi bir bəyanat da sayıla bilər.

 

Zərdab rayon Körpükənd kənd tam orta məktəbinin müəllimi -Əlisurətli Röya.

Şərhlər

Şərh yazılmayıb.