Vətən müharibəsi və şanlı Qələbə
Vətən müharibəsi və şanlı Qələbə.
İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır və bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacaq.
2020- ci ilin sentyabrın 27-də artıq hər bir Azərbaycanlının səbirsizliklə gözlədiyi bir müharibə başladı. Düzdür, müharibəni heç kəs sevməz, amma xalqımız doğma Qarabağı o qədər sevib, həsrətini çəkirdilər ki, daha uzun müddət bu həsrətə dözmək istəmədilər. Və ön cəbhədə igidlərimiz ölümün gözünə dik baxaraq bu həsrətə son qoymağa getdilər. Arxa cəbhədə də 10 milyon Azərbaycan…
Güclü ordumuz 44 gün ərzində canlarından keçərək,bu həsrətə son qoydular, Qarabağ yenə bizim oldu. Bu 44 gündə düşmən heç unutmayacağı itkilər yaşadı, ziyanlar verdi. Və artıq mənfur düşmən Azərbaycanla müharibənin zənn etdikləri qədər asan olmamasını anlayıb qorxmağa başladı ki, bu qorxu heç vaxt bitməyəcək.
Bu döyüşlərdə ordumuz 3000-dən çox şəhid verdi. Və o 3000 can da bizə Qarabağımızı əmanət edərək bu dünyaya gözlərini əbədi yumdular. Onların əmanətinə layiqincə sahib çıxılır deyə bilərik. Qarabağ günü-gündən gözəlləşir,yerli və xarici turistlər ziyarət edib bu gözəlliyi bütün dünyaya bəyan edirlər. İllərdir doğma yurdlarından didərgin düşmüş minlərlə azərbaycanlı da torpaqlarına qayıtdılar.
Bir zamanlar xəyallarda canlandırılan, hekayələrdə oxunan, şəkillərini gördüyümüz Şuşanı, Cıdır düzünü, İsa bulağını artıq hər kəs canlı olaraq gördü. Güclü ordumuz və Ali Baş Komandanımız sayəsində xəyallar gerçək oldu. Artıq həmin ərazilərdə məktəblər ,yaşayış binaları tikilir. 30 ildən sonra Qarabağa həyat geri dönür. Və əminik ki, şəhidlərimizin ruhu şaddır, ona görə ki, bu xalq onun uğrunda canını qoyduğu əmanətinə göz-bəbəyi kimi sahib çıxdı.
Zərdab rayon Lələağacı kənd ümumi orta məktəbin muəllimi- Şəlalə Xəlilo
Şərh yazılmayıb.