Huquqaz.com

Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir

06.05.2022
2.398
Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir

Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir.

Müstəqil Azərbaycan böyük inkişaf yoluna qədəm qoyub. Ölkəmizin hər yerində regionların sosial iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Uzun illər işğal altında qalan yurd yerlərində həyatın bərpası, müasir infrastruktur layihələrin reallaşması artıq həyata keşirilir. Respublika Prezidentinin göstərişi ilə azad olunmuş bütün şəhərlərin və kəndlərin yenidən qurulması üçün böyük layihələr reallaşır .Erməni işğalından azad olunmuş ərazilərdə dövlətimizin başçısının birbaşa təşəbbüsü və tapşırıqları ilə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının reallaşdırılması nəzərdə tutulur. İlk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun Ağalı kəndində icra edilir. Azad edilmiş hər bir rayonda kəndlərin bərpası ilə bağlı işlərə artıq start verilmişdir. Əlbəttə kəndlərin qurulması planlı, sistemli şəkildə aparılmalıdır. Bərpa prossesi mərhələlərə bölünüb. Mərhələlər üzrə bərpa ediləcək kənd və qəsəbələr müəyyən edilib. Ölkəmiz bu ərazilərdə nümunəvi yaşayış məkanı yaradır. Azad edilmiş torpaqlarda kənd təsərrüfatı ilə bağlı çox böyük planlar həyata keçirilir.Həyata keçirilən bərpa-quruculuq işlərinin mühüm bir istiqamətini işğaldan azad edilən ərazilərimizdə müasir elektrik enerjisi şəbəkəsinin qurulması təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişi ilə hazırda azad edilmiş bütün torpaqlarda bərpa olunan enerji növləri və yerləri müəyyənləşdirilir. Prezidentimiz öz çıxışlarında azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə bildirib. Zəngilan rayonunda birinci pilot “ağıllı kənd” layihəsi də məhz bərpa olunan enerji ilə təchiz ediləcəkdir. Dölətmizin başçısının tapşırıq və tövsiyyələrinə əsasən vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə görülən işlər ürəkaçandır. Yurdumuzun hər yeri gözəlləşir, Azərbaycan inkişaf edir. Bu reallıq bizim sabaha olan inamımızı artırır.

Zərdab şəhər sakini, ağsaqqal-Rafiq Məmmədov

Şərhlər

Şərh yazılmayıb.