Huquqaz.com

Ermənistan Azərbaycanla dövlət sərhədlərində genişmiqyaslı hərbi təxribat törətmişdir

21.09.2022
2.270
Ermənistan Azərbaycanla dövlət sərhədlərində genişmiqyaslı hərbi təxribat törətmişdir

Cari ilin 13 sentyabr tarixində Ermənistan Azərbaycanla dövlət sərhədlərində genişmiqyaslı hərbi təxribat törətmişdir.

Sentyabrın 12-i gecə saatlarında Ermənistan Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Ermənistan silahlı qüvvələrinin Basarkeçər, İstisu, Qarakilsə və Gorus yaşayış məntəqələri istiqamətində yerləşən bölmələri tərəfindən Azərbaycan Ordusunun Daşkəsən, Kəlbəcər və Laçın rayonları ərazisindəki bəzi mövqeləri, sığınacaqlar və dayaq məntəqələri müxtəlif çaplı silahlar, o cümlədən minaatanlardan intensiv atəşə tutulub. Nəticədə şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib.Kəlbəcər və Laçın rayonları ərazisində infrastruktur işlərinə cəlb olunmuş mülki işçilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Ordusunun bu istiqamətdə olan bölmələri tərəfindən qəti cavab tədbirləri görülür. Ermənistan silahlı qüvvələrinin atəş nöqtələrinin susdurulması və döyüş toqquşmasının miqyasının genişlənməsinin qarşısının alınması məqsədilə zəruri tədbirlər görüb və görülməkdə davam edir.

Ermənistanın revanşist siyasəti bütün region üçün təhlükə yaradır. Rəsmi İrəvanın təxribatları regionda yeni münaqişə və terror aktlarının ehtimalını artırır. Regionda sülhün bərqərar olunması ehtimalına təhdid yaradan erməni təxribatları çirkin niyyətlərin reallaşmasına xidmət edir. Əlbəttə ki, Ermənistanın çirkin əməllərinin reallaşmasına dəstək olan, onlara yardım göstərən qüvvələr, regionun inkişafını, uğurlarını həzm etməyənlərdir. Azərbaycan, Rusiya Prezidentləri və Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanatdan iki ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də Ermənistan öhdəlikləri yerinə yetirmir. Ermənistanın siyasi və hərbi rəhbərliyi faşizm ideologiyasından əl çəkə bilmir. Düşmənin bu çirkin və xain əməlləri cavabsız qalmadı və Azərbaycan Ordusu öz qisasını növbəti dəfə də aldı. Təxribatın cavabı olaraq Silahlı Qüvvələrimiz bir daha yüksək döyüş qabiliyyətini və qətiyyətini nümayiş etdirdi. Bu gün də “Dəmir yumruq” yerindədir. 44 günlük Vətən müharibəsində olduğu kimi, xarici dövlətlərdən yararlanmaq niyyətində olan Ermənistan Fransadan, ABŞ-dan, eləcə də digər ölkələrdən imdad diləyir. Hər zaman olduğu kimi, Ermənistan öz havadarlarından kömək gözləyir.Ermənistan silahlı qüvvələrinin canlı qüvvəsi və döyüş texnikası sırasında itkilər vardır. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

 

Zərdab rayon Çallı kənd tam orta məktəbin müəllimi – Lətifli Tükəz

Şərhlər

Şərh yazılmayıb.