Huquqaz.com

Sülhün zamanı çatıbdır

18.03.2023
2.235
Sülhün zamanı çatıbdır

Sülhün zamanı çatıbdır.

Cənab Prezident İlham Əliyev cari ilin 14 mart tarixində Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında çıxışında qeyd etmişdir ki, “Azərbaycan Ermənistana 5 prinsip əsasında sülh müqaviləsini təklif edib. Ermənistan bu şansı qaçırmamalıdır. Cənubi Qafqazda sülh və əməkdaşlıq dövrü başlamalıdır

Ermənistana təklif olunan sülh müqaviləsi beynəlxalq hüququn fundamental prinsipləridir və bu əsasda normallaşmaya nail olmaq mümkündür. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması təşkil etməlidir.

Azərbaycanın sülh prosesinə başlamaq üçün irəli sürdüyü 5 baza prinsipi beynəlxalq hüquq normalarına və dövlətlər arasında diplomatik münasibətlərin qurulmasının beynəlxalq təcrübəsinə söykənir. Bu prinsiplər bir daha Azərbaycan Respublikasının beynəlxalq hüquqa əməl və hörmət etdiyinin təzahürüdür. Qarşı tərəfin illər boyu törətdiyi qətl və qırğınlara baxmayaraq Azərbaycan hökumətinin bu mövqeyi alqışa layiqdir.

44 günlük Vətən müharibəsindəki qələbədən sonra bu prinsipləri dünya ictimaiyyəti əslində Azərbaycan Prezidentinin humanistliyi və tolerantlığı kimi qəbul etməlidir. Cənab Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdir ki, bu prinsiplər əslində bizim ədalətli mövqeyimizin göstəricisidir.

Yaşasın müstəqil və qüdrətli Azərbaycan Respublikası!

Nübar Qurbanova – Zərdab rayonu Körpükənd kənd tam orta məktəbinin direktoru

Şərhlər

Şərh yazılmayıb.